> <
Füzuli hava limanı nə vaxt hazır olacaq? | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4222 - dəfə oxunub

Füzuli hava limanı nə vaxt hazır olacaq?

Spread the love

"Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Füzuli hava limanının əsas infrastrukturunun bu il sentyabrın 5-dək hazır olması gözlənilir:

"Bu ilin payızında hava limanı ilk uçuşları həyata keçirə biləcək. Hazırda limanın enmə zolağının və yardımçı tikillilərin inşaatına 500-ə yaxın işçı cəlb olunub. Füzuli hava limanı hansı texniki parametlərə malik olacaq? Hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq”.

Deputat hesab edir ki, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir:

"İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir. Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan da vacibdir”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021
Prezident Şuşa yolundakı tunelin təməlini qoydu
14/06/2021
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya 20 il hökm oxundu
14/06/2021
4 nəfərin ölümünə səbəb olan qəzada “Range Rover”i kim sürürmüş? – Rəsmi açıqlama
14/06/2021
COVID-19 pasportu – Bizə hansı üstünlükləri verəcək?
14/06/2021
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu – Video
14/06/2021
Şuşa Ərdoğanın gəlişinə belə hazırlaşır – Fotolar
14/06/2021
Cəbrayılın Cəfərabad kəndindən görüntülər – VİDEO
13/06/2021
Cahit Bağcıdan Ərdoğanın Şuşa səfəri ilə bağlı açıqlama – FOTO
13/06/2021
İlham Əliyev: “Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək”
13/06/2021
İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi
12/06/2021
Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni İNSİDENT
12/06/2021
Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər
11/06/2021