> <
Forpost Ermənistanın başqa yolu yoxdur – Zəngəzur dəhlizi açılmasa… | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4220 - dəfə oxunub

Forpost Ermənistanın başqa yolu yoxdur – Zəngəzur dəhlizi açılmasa…

Spread the love

“Lavrovla çox açıq danışıldı və xəbərdarlıq da edildi. Rusiya Xarici İşlər nazirinin Azərbaycana səfərini bir cümlə ilə qiymətləndirməli olsaq, məhz belə deyərdim. Amma Sergey Lavrovun gəlişi öncəsi Rusiya Prezidenti Vladimir Putinin cənab İlham Əliyevə zəngindən də göründüyü kimi, bunun adi səfər olmadığını nəzərə alaraq gəlin bir az detallara varaq. Öncə onu deyək ki, iki dövlət arasında aparılan danışıqlarda gündəliyi kimin müəyyənləşdirməsi çox mühüm məsələdir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində bu baxımdan vəziyyətin necə olduğu yəqin kimsəyə sirr deyil. Və orası da sirr deyil ki, əgər söhbət süverenlə forpostdan yox, iki müstəqil dövlətdən gedirsə, onda danışıqların predmeti qarşılıqlı maraq doğuran məsələlər olmalıdır. Amma onların heç də hamısı hər iki tərəf üçün eyni dərəcədə önəm daşımaya bilər. Ona görə də hər bir dövlət çalışır ki, aparılan danışıqlarda bütün diqqət ilk növbədə daha çox özünün həllini istədiyi problemlərə yönəldilsin, digərləri isə ya arxa plana keçsin, ya da onlara heç toxunulmasın”.

Bu barədə Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev bildirib.

O qeyd edib ki, Lavrovun Bakıdakı danışıqlarında üzərində ən çox dayanılan məqam ilk növbədə Azərbaycanın həllini istədiyi qarışıq yox, qarşılıqlı maraq doğuran məsələlər olub:

“Ən azından cənab Prezidentlə onun görüşündə kameralar qarşısında səslənənlərdən belə bir nəticəyə gəlmək olur. Qarışıq deyəndə mən məsələn, olmayan Dağlıq Qarabağın zibilliyə atılmış statusu və yaxud da noyabrın 26-dan sonra Azərbaycana göndərilmiş hay terrorçularının hərbi əsir adı altında Ermənistana təhvil verilməsi kimi məsələləri nəzərdə tuturam. Prezidentimizin elə görüşün əvvəlindəcə “Müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik” sözləri o demək idi ki, Azərbaycan bu danışqlarda terrorçuların azad edilməsi məsələsinə vaxt ayırmaq fikrində deyil. Bizi maraqlandıran iki mühüm məsələ var ki, onlardan biri Zəngəzur dəhlizinin tezliklə işə düşməsi, ikincisi isə regionda gərginliyin azaldılmasıdır.

Dövlət başçımızın Naxçıvanda da vurğuladığı kimi bu dəhliz mütləq işə düşüb
Ermənistanın ayrı yolu yoxdur, həm də ona görə ki, yolu Azərbaycandan keçir. Cənab İlham Əliyevin Lavrova Ermənistanın bir neçə yaşayış məntəqəsini birləşdirən yolun 20 kilometrinin bizim torpaqlardan keçdiyini və orada haylara gediş-gəliş üçün heç bir mane yaradılmadığını xatırlatması elə-belə deyildi. Demək, Zəngəzur dəhlizi açılmasa, bu yol da bağlana bilər. Və təkcə o yox, Ermənistandan Qarabağa gedən yol da. Üstəlik onu da nəzrə alamaq lazımdır ki, Naxçıvanda yeni hərbi aerodromun istifadəyə verilməsindən sora həmən yol artıq çoxqatlı nəzarət altındadır”.

Siyasi şərhçi deyib ki, regionda gərginliyin azaldılmasına gəldikdə, diplomatik dildə deyilsə də, bu, əslində bir xəbərdarlıq idi:

““Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə göstərdi”.

Müzəffər Ali Baş Komandanın Lavrovla görüşdə dediyi bu sözlərin üstündən diplomatik pərdəni götürsək, onda onun eyni gündə eyni məsələylə bağlı Naxçıvanda səsləndirdikləri üzə çıxır: “Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir””.

Millət vəkilinin sözlərinə görə, Rusiya strateji müttəfiq adlandırdığı, əslində isə vassal rolu oynayan Ermənistanın tam məhvini istəmirsə, cənab Prezidentin təbirincə desək, üstəlik “bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi oradakı revanşist ünsürlərin yaranmış reallığa uyğun davranmalarına ”şərait yaratmalıdır”:

“Yeri gəlmişkən, bu ”şərait yaratmalıdır” sözləri də cənab Prezidentinki idi və heç də təsadüfən işlədilmirdi. Ümid edirəm ki, Moskva bu şəraiti yaradacaq. Təkcə ona görə yox ki, biz həmən Rusiyaya yanaşmada vassalı Ermənistandan fərqli olaraq indiyədək ancaq ləyaqətli siyasət aparmışıq, tələblərimizdə tam haqlıyıq çünki onlar beynəlxalq normalara dayanır, həm də və daha çox ona görə ki, Azərbaycan durmadan güclənir və yanında da özü kimi durmadan güclənən Türkiyə kimi təbii, səmimi müttəfiqi var”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”
16/06/2021
Qarabağ öz kimliyinə qovuşacaq – Ərdoğan
15/06/2021
“Müharibə dövründə Türkiyə telekanallarında reportajları izləmişdim”
15/06/2021
Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”
15/06/2021
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021
“Beynəlxalq təşkilatların prosesdə iştirakı Bakı və Yerevanın razılığı ilə mümkündür”
08/06/2021
Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı – FOTO
04/06/2021
Ceyhun Bayramov minaya düşən jurnalistlərdən yazdı
04/06/2021