> <
Formula 1-ə görə Bakının bu yollarında nəqliyyatın hərəkəti dayandırılır | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

Formula 1-ə görə Bakının bu yollarında nəqliyyatın hərəkəti dayandırılır

Spread the love

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti bu gün saat 01:00-dan etibarən 8 iyun saat 06:00-dək dayandırılır.
“Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.

31 may tarixindən 8 iyun tarixinədək bu istiqamətdə olan Kövkəb Səfərəliyeva, Rixad Zorge, Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrindən avtomobillərin hərəkət istiqamətinin dəyişdirilməsi nəzərdə tutulub.

Alternativ yollar – Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək, Səməd Vurğun küçəsi iki istiqamətli sürücülərin ixtiyarına veriləcək. Eyni zamanda Bünyad Sərdarov küçəsindən, Lermontov küçəsinə hərəkətin əksinə avtomobil sürücülərinin hərəkət etməsi üçün nəzərdə tutulub.

Bölgələrdən gələn sürücülər və Aeroport, Mərdəkan, Buzovna, o istiqamətə gedənlər şəhərin mərkəzi küçələrindən deyil Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisinə daxil olmaqla hərəkət edə bilərlər. Yaxud 20-ci sahədən, Bayıl qəsəbəsindən, Bayraq meydanı ətrafından mərkəzə doğru hərəkət edənlər Bayıl qəsəbə daxili yolla Teymur Elçin, Mehdi Hüseyn və Parlament prospekti istiqamətinə hərəkət etməlidirlər.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı – Fotolar
15/06/2021
Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”… – VİDEO
15/06/2021
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021