> <
“EuroHome”un direktorunun həbsinin detalları | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4227 - dəfə oxunub

“EuroHome”un direktorunun həbsinin detalları

Spread the love

"EuroHome” tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.   

Unikal.org məlumat verir ki, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş  vermişdi.

Baş Prokurorluq "Eurohome” ticarət mərkəzində baş verən yanğınla bağlı açıqlamasında qeyd olunub ki, mayın 11-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Eurohome” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin canlı qüvvə və texnikaları tərəfindən operativ surətdə həyata keçirilmiş müdaxilə tədbirlərilə yanğının məhdudlaşdırılaraq saat 01 radələrində tam söndürülməsi təmin edilib.

Yanğın söndürüldükdən sonra baş prokuror Kamran Əliyevin göstərişinə əsasən dərhal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinin müasir kriminalistik texnikası və vasitələri ilə təchiz edilmiş səyyar kriminalistik laboratoriyası vasitəsilə prokurorluq əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müfəssəl müayinə olunaraq hadisə yerindən sübut əhəmiyyətli predmet və nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim olunub.

Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

İş üzrə məhkəmə kimyəvi, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilib, ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülüb.

Hər iki yanğın hadisəsinin "Eurohome” MMC-yə məxsus eyni ərazidə yerləşən ticarət mərkəzində baş verməsi səbəbindən cinayət işləri birləşdirilməklə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində vahid icraatda davam etdirilirdi.

Qeyd edək ki, "EuroHome”un sahibi  Azay Möhnətovdur.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021