> <
Etibar Əliyevdən daha bir açıqlama: “Anlamayanlara Allah kömək olsun” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4238 - dəfə oxunub

Etibar Əliyevdən daha bir açıqlama: “Anlamayanlara Allah kömək olsun”

Spread the love

“Feysbuka gələndə, məqsədim burada təhsil, həmçinin elm sahəsində yeniliklərlə bağlı bilgiləri paylaşmaq və elmi-nəzəri müzakirə mühiti yaratmaq olub. Səhifəmi izləyənlər bunu yaxşı bilirlər. 
Bu tələbim kimə uyğundursa onların dostuğumda qalmasına sevinirəm. Lakin bu mühiti bayağılaşdırmaq istəyən və müxtəlif bəhanələrlə qeyri-ciddi müzakirələrə üstünlük verməyə çalışanlar məhz bu yersiz şivəni qoparanlardır. Amma yenə də mənim üçün düşünən, öyrənmək istəyən bilgilərini öyrətməyə çalışan insanların rəyi önəmlidir. Bu insanlara salam olsun deyirəm. Və bu mühiti korlamaq istəyənlər isə uzaqlaşmaqla özlərinə yaxşılıq etmiş olurlar”.
Bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.
E.Əliyev bildirib ki, bu məsələ deputat fəaliyyəti ilə bağlı məsələ deyil: “İstənilən Azərbaycan vətəndaşı, xüsusilə də seçicilər məktub və görüşlər vasitəsilə istənilən şikayət, irad tənqid və təkliflərini mənə göndərə bilərlər. Mən də gücüm çatan səviyyədə bu məsələrin həllinə çalışıram və çalışacağam. Bir məsləni də qeyd edim ki, mən yazdığım statusda münasibət bildirməkdən bəhs edirəm. Hansısa nadan isə "bəyənmək" sözünü gündəmə gətirib ictimai rəyi çaşdırmağa çalışır. Münasibət müsbət də ola bilər mənfi də. Və mənim özüm də bu rəylərdən faydalana bilərəm. Hər bir status üçün xeyli əziyyət çəkməli olursan və düşünürsən ki, bundan valideynlər, şagirdlər,  tələbələr və ümumiyyətlə düşünən insanlar faydalanacaqlar. Mən təklif etmişəm: kim özünü hədsiz savadlı hesab edirsə, kənarda dura bilər və bununla başqalarına maneçilik törətməz. Necə ki, əvvələrdə bir çoxlarını məhz bu keyfiyyətlərinə görə dostluqdan çıxarmışam. İş burasındadır ki, mən çıxaranda adamlar düşmənə çevrilirlər, ancaq özləri könüllü çıxanda ortada inciklik qalmır. Anlayanlar üçün məsələnin izahı bu qədər bəsit. Anlamayanlara Allah kömək olsun!”

Demokrat.az

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021