> <
Estoniyada “Sputnik V” ilə peyvənd olunanlara pasport verilməyəcək | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4239 - dəfə oxunub

Estoniyada “Sputnik V” ilə peyvənd olunanlara pasport verilməyəcək

Spread the love

Estoniya hökuməti Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndi ilə vaksinasiya olan vətəndaşlara peyvənd pasportu verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə respublikanın sosial işlər nazirinin müavini Kallo Killar açıqlama verib. O bildirib ki, dövlət yalnız Avropa tənzimləyiciləri tərəfindən təsdiqlənmiş və Avropa İttifaqında (AB) satış icazəsi almış peyvəndlərlə immunizasiyanı tanıya bilər.

“Sputnik V” bunların arasında deyil, buna görə də onu məlumat sisteminə əlavə edə bilmərik”,- deyə nazir qeyd edib.

Bununla belə Kallo Killar bu qərarın gələcəkdə Rusiya peyvəndi ilə vaksinasiya olunan vətəndaşlara beynəlxalq səyahətlərdə problemlər yarada biləcəyini etiraf edib.

Öz növbəsində, Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Andres Sutt peyvəndləmə pasportlarının Avropada 15 iyundan etibarən etibarlı olacağını bildirib. Ölkə may ayında sənədləri verməyə başlamağı planlaşdırır. Sənədin tətbiq dairəsi hələ dəqiq müəyyənləşdirilməyib, lakin vətəndaşların Avropa İttifaqı daxilindəki sərhədləri sərbəst keçməsinə imkan verə biləcəyi məlumdur.

Xatırladaq ki, daha əvvəl Estoniya Prezidenti Kersti Kalyulayd ölkədə Rusiya peyvəndinin istifadəsinə preparatın Brüsseldə təsdiqlənməsindən sonra icazə veriləcəyini açıqlamışdı. Tallinn meri Mixail Kilvart isə tənzimləyicilərin mövqeyindən asılı olmayaraq, ölkəyə dərmanı tədarük etməyə başlamağa çağırmışdı.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
ABŞ hökuməti Baydenlə Putinin görüşünü konstruktiv hesab edir
17/06/2021
Serj Sarqsyanın qardaşı oğlu həbs edildi
16/06/2021
Ermənistan XİN “Şuşa bəyannaməsi”nə KİN QUSDU: Türkiyə regiona TƏHDİDDİR
15/06/2021
Aclıq və şəraitsizlikdən bezən hərbi qulluqçular Ermənistan ordusundan kütləvi şəkildə qaçır
15/06/2021
Putin: “Bizim peyvəndin tətbiqindən sonra ölüm halı qeydə alınmayıb”
13/06/2021
Roma Papası: “Kilsələr cinsi istismar hadisələri səbəbilə böhran yaşayır”
13/06/2021
Makronu şillələyən şəxs həbs olundu
11/06/2021
“Paşinyan və ailəsi haqda elə faktları yayacam ki…” – Sarkisyan 24 saat vaxt verdi
09/06/2021
Paşinyan oğlunu Azərbaycandakı erməni diversantlara dəyişməyi təklif etdi
08/06/2021
Mavzoleydə Lenini “oyatmaq” istəyən şəxs saxlanılıb
07/06/2021
Ermənistanda daha bir əsgər “dedovşina”nın qurbanı olub
06/06/2021
Ermənistanda daha bir morqda hərbçilərin meyitləri saxlanılır
04/06/2021
Rusiya miqrantlardan rus dilini və ölkənin tarixini bilməyi tələb edəcək
03/06/2021
Şahzadə və xanımının aldığı malikanədə insan qalıqları tapıldı – FOTO
03/06/2021
Yerevanda hərbçilərin meyitlərinin gizlədilməsinə görə aksiya keçirilir – Foto
02/06/2021