> <
Ermənistanın 40 hərbçisi Kəlbəcərə daxil olmaq istədi – Rəsmi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4228 - dəfə oxunub

Ermənistanın 40 hərbçisi Kəlbəcərə daxil olmaq istədi – Rəsmi

Spread the love

İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.
Kivnews.com xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Azərbaycan silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.

Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür.

Azərbaycan dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021
Prezident Şuşa yolundakı tunelin təməlini qoydu
14/06/2021
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya 20 il hökm oxundu
14/06/2021
4 nəfərin ölümünə səbəb olan qəzada “Range Rover”i kim sürürmüş? – Rəsmi açıqlama
14/06/2021
COVID-19 pasportu – Bizə hansı üstünlükləri verəcək?
14/06/2021
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu – Video
14/06/2021
Şuşa Ərdoğanın gəlişinə belə hazırlaşır – Fotolar
14/06/2021
Cəbrayılın Cəfərabad kəndindən görüntülər – VİDEO
13/06/2021
Cahit Bağcıdan Ərdoğanın Şuşa səfəri ilə bağlı açıqlama – FOTO
13/06/2021
İlham Əliyev: “Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək”
13/06/2021
İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi
12/06/2021
Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni İNSİDENT
12/06/2021
Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər
11/06/2021