> <
“Ermənistan sərhəddəki kiçik epizoda görə KTMT-yə məktub göndərir” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4230 - dəfə oxunub

“Ermənistan sərhəddəki kiçik epizoda görə KTMT-yə məktub göndərir”

Spread the love

“Yəqin ki, sərhəddə bir insident baş verdiyini eşitmisiniz. Bilirsiniz onlar nə ediblər? Ermənistanın baş naziri Rusiya Prezidentinə, Fransa Prezidentinə, digər dövlət başçılarına zəng vurur. Ermənistan sərhəddəki bu kiçik epizodu beynəlmiləlləşdirməyə çalışaraq rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb olunması üçün məktub göndərir”.
Kivnews.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, onlar NATO-ya məktub göndərir: “Və o məktub dərc olunmuşdu. Bu, tamamilə əks-təsir yaradır və onların hər kəsə iddialarının olduğunu göstərir. Onlar hesab edirlər ki, bütün dünya yalnız onlara necə kömək etmək barədə düşünməlidir. Lakin əgər onlar özlərini müstəqil dövlət hesab edirlərsə, öz qayğılarına özləri qalmalıdır. Biz hazırıq, bildiyim qədərilə Türkiyə tərəfi də hazırdır.

Lakin bir daha Baş nazir Letermin Nizami Mərkəzinin necə yardımçı ola biləcəyi ilə bağlı qaldırdığı məsələyə qayıdaraq, düşünürəm ki, bu mesajı görkəmli siyasətçilər, mərkəzin üzvləri, fikri qiymətləndirilən insanlar vasitəsilə çatdırmaqda, onları tarixin yanlış tərəfində olduğuna və müstəqillik arzularına, həqiqi müstəqil ölkə olmaq arzularına çatmaq üçün bu gün bəlkə də son şanslarının olduğuna inandırmaqda çox yardımçı ola bilər”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021