> <
Ermənistan ordusunun bunkeri belə olub – Qənimətlər parkından videoreportaj | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4229 - dəfə oxunub

Ermənistan ordusunun bunkeri belə olub – Qənimətlər parkından videoreportaj

Spread the love

Ali Baş Komandan İlham Əliyev tərəfindən açılışı edilən Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat sərgilənir.

“Qafqazinfo” xəbər verir ki, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin nümayiş etdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə  Xətai rayonu, Nobel prospektində 5 hektar ərazidə Hərbi Qənimətlər Parkı salınıb. Parkın inşasına 2021-ci ilin yanvar ayında başlanılıb.

Parkda düşmənin hərbi texnikaları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, məğlubiyyətə uğradılan düşmən ordusunun hərbçiləri, Müzəffər Azərbaycan Ordusunun qalib əsgər və zabitlərinin mulyajları, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri  bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da park ərazisində sərgilənir.

Hərbi Qənimətlər Parkı  ərazisində yaradılmış video təqdimat bölməsindəki monitorlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə tvitləri, Vətən müharibəsi ilə əlaqədar çıxışları yer alıb.

Parkda döyüşlər zamanı azad edilən düşmən postlarında və ələ keçirilən hərbi texnikalarda zəncirlənmiş vəziyyətdə aşkarlanan erməni hərbçilərinin mulyajları sərgilənir. Eyni zamanda, burada Ermənistan silahlı qüvvələrinin bunkerinin prototipi yaradılıb.

Azərbaycanlı memarlar tərəfindən burada erməni əsgərlərin yataqxanası, yemək otağı, silah anbarı döyüş meydanında olduğu kimi maketləşdirilib.

Parkın ərazisində quraşdırılan oturacaqlar erməni hərbçilərin silah-sursatlarını saxladıqları taxta yeşiklərdən hazırlanıb. Parkdakı kiçik işıq dirəklərində isə erməni tanklarının mərmilərindən istifadə olunub.

Parkda həmçinin, Ermənistan hərbçilərinə aid dəbilqələrdən ibarət kompozisiya da sərgilənir.

Park ərazisində düşmənin 150-dək ağır texnikası, o cümlədən “T-72”  tankları, BMP-1 piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa”  zenit raket kompleksi və digər ağır zirehli texnika, atıcı silahlar, hərbi nəqliyyat və s. qənimətlər sərgilənir. Vətən müharibəsi zamanı düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları da eksponatlar sırasında yer alıb.

Hərbi Qənimətlər Parkında Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da təqdim olunur.

Parkda informasiya mərkəzi, suvenir mərkəzi, kafe də fəaliyyət göstərir. Ziyarətçilər suvenir mərkəzindən milli brendlərin Azərbaycana, o cümlədən qələbəmizə  həsr olunan müxtəlif məhsullarını əldə edə bilər.

 

 











































Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
20/06/2021
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021