> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4224 - dəfə oxunub

“Ermənilərin Qarabağdakı vandalizmi sənədləşdirilməlidir”

Spread the love

Qarabağ bölgəsinin işğal altında qaldığı müddət ərzində ermənilərin orada törətdikləri qanunsuzluq və vandalizm sənədləşdirilərək gələcək nəsillərə ötürülməlidir.
Bunu hazırda Bakıda olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan “Anadolu” agentliyinə müsahibəsində bəyan edib.

O, hazırkı səfəri çərçivəsində 27 il sonra erməni işğalından azad edilmiş Ağdam şəhərini də ziyarət etdiyini bildirib.

“Təsəvvür edin ki, 100 min nəfər əhalisi olan bir şəhər işğal edilib, 6 min mülki şəxsi qətlə yetirilməklə yanaşı, həm də tamamilə məhv edilib. 27 ildə ermənilər Ağdamda daş üstə daş qoymayıblar, hər yanı dağıdıblar. Biz yolları üstə olan hər şeyi məhv etdiyinə görə İŞİD terrorçularına lənət oxuyuruq. Eyni vandalizmi Ağdamda da gördüm”, – deyə nazir müavini qeyd edib.

Dəmircan Qarabağdakı qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin intensivləşdiyini vurğulayıb. O, bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün də böyük imkanlar var.

“Türkiyənin televiziya seriallarının çəkilişində böyük təcrübəsi var. Bunun sübutu filmlərimizin dünyanın 200 ölkəsinə ixracıdır. Təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”, deyə nazir müavini əlavə edib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycan Rusiyaya nota verdi
01/08/2021
Leyla Abdullayeva Oxçuçaydakı ekoloji fəlakətdən yazdı
29/07/2021
Şentop “Bakı bəyannaməsi”nin əsas prioritetini AÇIQLADI
28/07/2021
Azərbaycana həm də haqlı olduğu üçün də dəstək olduq”
27/07/2021
Prezident Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO
27/07/2021
İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər – Fotolar
18/07/2021
Overçuku Bakıya gətirən SƏBƏBLƏR
14/07/2021
Rəsmi Bakıdan Ermənistan XİN-in addımına – Cavab
14/07/2021
Prezident Qoşulmama Hərəkatının konfransında çıxış edir – CANLI
13/07/2021
Xankəndi erməniləri Bakıya zəng edib nə istədilər? – VİDEO
12/07/2021
“Rusiya, ABŞ və Fransa səfirləri Şuşaya gedənə qədər tədbirlərə dəvət olunmamalıdır” – Sabiq XİN başçısı
12/07/2021
Erməni analitik gileyləndi: Daha Qarabağın “bayrağını” asa bilmirik
11/07/2021
“Şuşa Bəyannaməsi Avrasiya üçün strateji əhəmiyyət daşıyır” – İlham Əliyev
08/07/2021
Ağ Ev “Zəngəzur koridoru”na görə hərəkətə keçir
07/07/2021
Ermənistan sülh şərtlərini açıqladı – “Qarabağın statusu tanınmalıdır”
02/07/2021