> <
Ermənilərin Cəbrayılda dağıtdıqları şəhid qəbirləri – FOTO | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4227 - dəfə oxunub

Ermənilərin Cəbrayılda dağıtdıqları şəhid qəbirləri – FOTO

Spread the love

Bura işğaldan azad edilmiş Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəki iki məzarlıqdan biridir. 

Şəkildəki məzarlar  Böyük Mərcanlı kəndinin Birinci Qarabağ Müharibəsi zamanı verdiyi onlarla şəhiddən yalnız üçünündür.

Şəkildən də göründüyü kimi, 30 ilə yaxın müddətdə işğal altında qalmış məzarlıq erməni vandalları tərəfindən dağıdılıb. Düşmən bütün digər qəbirlər kimi, şəhid məzarları ilə də vəhşicəsinə davranıb, onları yerlə-yeksan edib.

Bu məzarlarda dəfn olunan şəhidlərdən ikisi əmioğludur – Arif və Fərhad Fərhadovlar (ortada və sağda), ücüncüsü isə (solda) Müslüm İmanovdur.
Onlar 28 il öncə – 15 avqust 1993-cü il tarixində Cəbrayıl rayonundakı Daşbaşı postunda şəhid olublar.

Qeyd edək ki, həmin gün Ermənistan silahlı qüvvələrinin Ordumuzun Daşbaşı postuna qəfil hücumu nəticəsində 23 əsgərimiz həlak olmuşdu.

Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirmişdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyitlərini tanınmaz hala salmışdılar.

Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam şəhidlərin məzarlarına qoyulmuşdu.

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər…

44 günlük Vətən müharibəsindəki Qələbəinin ardından doğma torpaqları ziyarət edən Cəbrayıl camaatı, o cümlədən Böyük Mərcanlı sakinləri şəhidlərin dağıdılmış məzarlarını bərpa etməyə başlayıblar…

 

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Bakıdakı xəstəxanada qazinin döyülməsi iddialarına CAVAB – VİDEO
17/06/2021
Sabahdan güclü külək əsəcək – XƏBƏRDARLIQ
17/06/2021
Polislər yollarda gizli radarlar qurub? – DYP-dən rəsmi açıqlama
17/06/2021
Əliyevlə Ərdoğan Daşaltı və Şuşanı seyr edir
15/06/2021
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021
Sabaha olan hava proqnozu açıqlandı
09/06/2021
Azərbaycanda zəlzələ oldu
09/06/2021