> <
Erməni hərbçilərin maketlərini o hazırlayıb – ViDEO | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4230 - dəfə oxunub

Erməni hərbçilərin maketlərini o hazırlayıb – ViDEO

Spread the love

Son iki gündür bir çoxları onun hazırladığı maketlərdən danışır. Ötən gün açılışı olan Hərbi Qənimətlər Parkında sərgilənən Qarabağa zəfər yolunu açan xüsusi təyinatlı qüvvələrimizin, eləcə də Azərbaycan əsgəri qarşısında əzilən erməni zabit və əsgərlərin maketlərini heykəltəraş Rəşid Məhərrəmov hazırlayıb.

O, hazırladığı bu maketlərlə bağlı "Xəzər Xəbər"ə danışıb.

Onun sözlərinə görə, təklif gəldikdən sonra 3 aya yaxın bir müddətdə bu maketlərin üzərində çalışıb. Təxminən 30-a yaxın maketi hazırlamaq əziyyət tələb etsə də, bu işi görmək Rəşid Məhərrəmov üçün qürurverici olub.

Bu maketlərin hazırlanmasında müxtəlif dözümlü materiallardan istifadə olunub. Rəşid Məhərrəmov maketləri hazırlamazdan öncə ermənilərə xas olan obrazlar haqqında geniş məlumatlar əldə edib və maketləri də bu obrazlara uyğunlaşdırıb.

Rəşid Məhərrəmov sosial şəbəkələrdə erməni hərbçilərin maketlərinin hazırlanmasına etiraz edən bəzi istifadəçilərə də cavab verib. O bildirib ki, dünyanın əksər ölkələrində bu cür parklarda muzeylər salınır.

Bu muzeylərdə məğlub ölkənin hərbçilərini vizual olaraq əks etdirən maketlər hazırlanır və bu maketlər heç də reallıqda əks olunan insanların obrazı ilə eyniləşmir. Buna görə də, maketlərin bəzilərində əks olunan obraz reallıqdakı erməni hərbçinin obrazı ilə üst-üstə düşməyə bilər. Qeyd edək ki, Rəşid Məhərrəmov budan öncə də Milli Qəhrəman Mübariz İbrahimovun heykəlini hazırlamışdı.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi
18/06/2021
Antitel analizləri üçün nə qədər ödəməliyik?
17/06/2021
Bakıdakı xəstəxanada qazinin döyülməsi iddialarına CAVAB – VİDEO
17/06/2021
Sabahdan güclü külək əsəcək – XƏBƏRDARLIQ
17/06/2021
Polislər yollarda gizli radarlar qurub? – DYP-dən rəsmi açıqlama
17/06/2021
Əliyevlə Ərdoğan Daşaltı və Şuşanı seyr edir
15/06/2021
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021