> <
Elton Hüseynəliyev: “Qadınla kişi arasında söz-söhbət olubsa, günah kişidədir” | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4245 - dəfə oxunub

Elton Hüseynəliyev: “Qadınla kişi arasında söz-söhbət olubsa, günah kişidədir”

Spread the love

“Bu gün 10 duet oxunursa, 1-i yaxşı olur. Duetdə mütləq stil, tərz olmalıdır. Səslər bir-birinə yaraşmalıdır. Mahnı başladısa, insanı özü ilə aparmadısa o duet deyil! Tamaşaçı özü gəlib sənə deməlidir ki, bu duetin nə gözəldir?! Ürəyimiz istəyirsə, bir duet oxuyaq. Bu belə olmalı deyil. Onun üçün bəlkə də 10 il gözləməlisən ki, səninlə duet oxuyacaq olan insan doğulub, həyata gəlsin. İnşallah xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova ilə duet oxumaq istəyirəm. İnanıram ki, yaxın günlərdə bunların hazırlıqlarına başlayacağıq”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, Əməkdar artist Elton Hüseynəliyev bildirib. O daha sonra sözlərinə əlavə edib.

“Mən-mən” deyən insanlardan qaçıram. Qorxuram həmin insanlardan. Elə insanları Allah da sevmir. İnsan sözünün mənası unutqan deməkdir. İnsan səhvini başa düşürsə o peşman olur. Peşmanlıq insanlıq deməkdir. Amma o peşmanlığı düzəltmək şərtilə. Bir nəfərin xətrinə deyəndə, gəlib üzr istəmək yerinə, deyirlər ki, gəl halallaşaq. Hər zaman çalışmışam ki, xətrinə dəydiyim insandan üzr istəyim. Biri var süni olasan, sünilik yaxşı xüsusiyyət deyil. Süni insanlar heç vaxt heç kimin xətrinə də dəyməz, üzr də istəməz. Mən düşünürəm ki, qadınla kişi arasında söz-söhbət olubsa, orada bütün günahlar kişidədir. Baxış, münasibət belə olmalıdır. Çünki xanımlar bizim başımızın tacıdır”, – deyə Əməkdar artist bildirib.

O daha sonra ən pis xasiyyətindən danışıb.

“Hər yerə gecikirəm, bu xasiyyətim məndən asılı deyil. Bunu hamı bilir, hamı deyir. Özüm də etiraf edirəm. Elə yerlər var ki, ora gecikmək olmaz, amma dostum, yaxın adamım gözləyəndə məndə arxayınlıq yaranır. Hər yerə vaxtı-vaxtında çatmaq lazımdır. Amma bu hələ ki, mümkün deyil. Nə qədər geciksəm də, işlərimi çatdıra bilirəm”, – deyə Elton Hüseynəliyev bildirib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Hələ də özümü tam yaxşı hiss etmirəm – Nərmin Kərimbəyova
24/06/2022
Dilarə yataqdan görüntülərini paylaşdı: “Səhərlər də gözələm” – VİDEO
23/06/2022
Təranə Qumralın qızı ilə əri HƏMCİNSİ İLƏ intim görüntüləri yayılan şəxsi belə parodiya etdilər – VİDEO
16/06/2022
Rus modeldən inanılmaz dələduzluq – Milyarderin ad gününə qatılmaq üçün elə bir yalan danışıb ki…
14/06/2022
Cennifer Lopez Şakira ilə birgə çıxışı barədə: “Bu, dünyadakı ən pis ideya idi”
09/06/2022
Qardaşına qaraciyər bağışlayan azərbaycanlı müğənninin vəziyyəti pisdir – Açıqlama
08/06/2022
“Üç aylıq TikTok gəlirimlə özümə ən bahalı telefonu aldım” – Video
07/06/2022
Beş mövsümdür çəkildiyi serialdan getdi
06/06/2022
“Oğlum son nəfəsini verəndə iki söz dedi…” – Video
03/06/2022
Röyadan ETİRAF: “Atam anamı döyürdü” – VİDEO
02/06/2022
Nərmin Kərimbəyovanın qaraciyəri qardaşına köçürüldü – FOTO
30/05/2022
Nadir Qafarzadədən sərt sözlər: “Əvvəl ağır oğlan idi, indi “TikTok”da bambılılıq edir” – VİDEO
29/05/2022
Mahsunun qardaşı həbs olundu
29/05/2022
Azərbaycanlı müğənni vəfat etdi
27/05/2022
Xoşqədəm Hidayətqızını məhkəməyə verən vəkil studiyaya güllə gəldi – VİDEO
26/05/2022