> <
“KAT Holdinq”in sahibi Elçin Ələkbərovun məhkəməsi başlayır – Onu hansı cəza gözləyir? | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42146 - dəfə oxunub

“KAT Holdinq”in sahibi Elçin Ələkbərovun məhkəməsi başlayır – Onu hansı cəza gözləyir?

Spread the love

Bir  neçə  ay əvvəl  ölkə  mətbuatında  Bakıda şirkət rəhbərinin  həbs edilməsi ilə bağlı informasiya dərc  olunmuşdu. 

 Nüfuzlu  APA-nın  yaydığı  xəbərdən bəlli olurdu ki,  "KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.  Və Binəqədi rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da  qeyd edək ki, mətbuatda  Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayılıb.

Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlı olub. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildiriblər.

MİDA məsələ ilə bağlı açıqlama verərək izah edib ki, adı çəkilən binalar "KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməli idi, ona görə də məsuliyyəti "KAT Holdinq" MMC daşıyır.
İstintaq  zamanı  məlum olub ki, "KAT Holdinq” MMC-nin qeyd edilən binaları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovdur. 

İstintaq zamanl  Elçin Ələkbərovun eyni mənzili  bir neçə  nəfərə satması, hətta Litva vətəndaşı Povilas Pociusa 3 milyon 26 min manat "atmas"ı məsələsi də ortaya çıxıb. 

Aldanan, zərərçəkən  vətəndaşların şikayəti əsasında  Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və Elçin Ələkbərov   holdinqin pulunu mənimsəməkdə ittiham edilib.

Redaksiyamıza daxil olan məlumata  görə, növbəti həftə "KAT Holdinq" MMC-nin təsisçisi  Elçin Ələkbərovla bağlı cinayət işinə  məhkəmədə baxlacaq. Onu  hansı cəza gözləyir? 

Bu barədə  növbəti yazıda  vəkillərin fikrini öyrənməyə çalışacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  

Kivnews.com

 

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021