> <
DYP-nin təmirxanada olan avtomobilə yazdığı əsassız cəriməyə xitam verildi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4243 - dəfə oxunub

DYP-nin təmirxanada olan avtomobilə yazdığı əsassız cəriməyə xitam verildi

Spread the love

Təmirxanada olan avtomobilin hərəkətdəymiş kimi cərimələnməsi barədə məlumat vermişdik. Kivnews.com olaraq vurğulamışdıq ki, Nərimanov rayonunda yerləşən avtomobil təmiri sexində mühərriki çıxarılaraq təmir edilən 90-RP-520 dövlət nömrə nişanlı “Mercedess” markalı avtomobil texniki baxışdan keçmədən yolda hərəkətdəymiş kimi cərimə olunub. Vətəndaş Seymur Cəfərov bildirir ki, işlədiyi sexdə avtomobilin “mator”unu uzun müddətdi çıxararaq təmir etdiyi halda Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları tərəfindən avtomobil cərimə edilib. Maraqli məqam ondadır ki, avtomobil guya hərəkətdə olduğu zaman cərimə olunduğu protokolda qeyd edilib. Belə ki, İXM 339.1-1, 339.1-1 maddələri üzrə nəqliyyat vasitəsinin texniki baxışdan keçirmədən idarə etmə protokolda qeyd olunub.

Qeyd olunan problem ictimailəşəndən sonra, Dövət Yol Polisi İdarəsi məsələni nəzarətə götürüb və avtomobilin əsassız olaraq cərimələnməsi nəzərə alınaraq cərimə protokoluna xitam verilib. Hətta nəqliyyat vasitəsinə tətbiq edilən həbs qərarı ləğv edilib.

Maraqlıdır ki, bu protokolu tərtib edən və avtomobil təmir olunduğu təmirxanada şəkilini çəkərək onu yolda hərəkət edən nəqliyyat vasitəsi kimi protokollaşdıran yol patrul xidməti əməkdaşına hansı cəza verildi? Amma bu barədə məlumat verilmir. Yəni bir məsuliyyətsiz polis əməkdaşına görə, bütün polis əməkdaşlarının adına xələl gəlmiş olur. Digər tərəfdən isə saxta cərimə ilə üzləşən vətəndaş get-gələ düşür, əsəb keçirir.

Ona görə də, belə neqativ hallara yol verən və sanki cərimə “plan”ı dolduran polis əməkdaşları  barədə də ölçü götürülməlidir.

Kivnews.com

 

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021