> <
DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4236 - dəfə oxunub

DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Spread the love

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
BDYPİ-dən daxil olan müraciətdə deyilir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, sabah səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış piyada keçidlərindən keçməlidirlər”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Bakıda silsilə oğurluqlar edən keçmiş məhkum ƏLƏ KEÇDİ – FOTO/VİDEO
23/06/2022
Buzovna sakinlərinin təntənəsi: Qanunsuz hasar və tikililər tarixə qovuşdu – FOTOREPORTAJ
23/06/2022
Bakıda həbsxanada 22 yaşlı məhbus öldü – 4 illik cəza almışdı
22/06/2022
İtkin düşən hindistanlı turistin meyiti tapılıb? – DİN
20/06/2022
Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi – FOTOLAR
18/06/2022
Zaqatalada itkin düşən turisti sağ tapana veriləcək pulun məbləği ARTIRILDI
18/06/2022
Məktəbdə sağlamlıq imkanları məhdud olan qız zorlanıb? – AÇIQLAMA
17/06/2022
Nazirliyin qapısını qıran qazi haqqında Şok: Təkərlərin arasında…
16/06/2022
Ermənilərin Azıx mağarasına qarşı vandallığı xarici səyyahları təəccübləndirdi – VİDEO
16/06/2022
“Azərbaycanda rus bölməsi üzrə siniflərin bağlanması müzakirə mövzusu deyil” – NAZİR
14/06/2022
Həmcinsi ilə 18+ videosu yayılan şəxsin keçmiş arvadı: “Video yayılandan sonra…”
14/06/2022
Vaqif Əsədov: “Şükürlər olsun ki, xidmətimi başa vurub təqaüdə çıxa bildim”
14/06/2022
Bu tarixdən Bakıda bütün yollar açılacaq
13/06/2022
Məktəb və müəllim seçimi başladı – Nazirlikdən açıqlama
13/06/2022
Daşkəsəndə güclü leysan, körpülər dağıldı, yollar sıradan çıxdı
10/06/2022