> <
”Dünyagöz Klinikasında” həkim əməliyyat zamanı xəstəni kor etdi – ŞİKAYƏT | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4293 - dəfə oxunub

”Dünyagöz Klinikasında” həkim əməliyyat zamanı xəstəni kor etdi – ŞİKAYƏT

Spread the love

Xaçmaz rayon Seyidlər kənd sakini Əhmədova Kəmalə Qanunla.Az informasiya portalına şikayət edərək bildirib ki, gözümdə yaranan problem üçün ”Dünyagöz Klinikası”-na müraciət etdim. Kəmalə xanım bildirir ki, klinikada məni Nərgiz həkimlə görüşdürdülər. Ödəniş edəndən sonra Nərgiz həkim məni müayinə etmək üçün lazımi tibbi aparatlardan keçirdərək məni Yaqub Çevik hoca həkimə yönləndirdi ki, sizi o, əməliyyat edəcək.Yenidən kardioloq müayinəsindən keçdikdən və qan analizləri verdikdən sonra 28.10.2021-ci il tarixində əməliyyat olunacağımı bildirdilər. Əməliyyat masasında gözümün daxilində nəyinsə qopduğunu və çox ağrı hiss edim. Əməliyyat bitəndən sonra mənə resept yazdılar və yoxlanış üçün 29.10.2021-ci il tarixində dəvət etdilər. Klinikaya gəlib yoxlanışdan keçdim və bildirdilər ki, hər şey yaxşıdır. Beləliklə noyabrın 7-si,12-si, 26-sı müayinə üçün həkim qəbulunda oldum yenidən bildirdilər ki, hər şey normaldır, hətta mən Nərgiz həkimdən soruşdum ki, niyə gözümə linza qoymadılar?

O, bildirdi ki, bizdə xüsusi şüşə var onu gözünüzə qoyub yoxlayacayıq gözdə görüntü görüləndən sonra ikinci əməliyyat edib linza qoyacağıq. Nərgiz həkim daha sonra məni dekabrın 15.12.2021-ci ildə gəlməyi tapşırdı. Dekabrda gəldim ancaq nə Nərgiz həkimi nə də ki, Yaqub həkimi tapdım. Klinikadan bildirdilər ki, həkim sabah işdə olacaq.

Qohumlarımın təkidlə Bakı şəhərində fəaliyyət göstərən məşhur klinikaların birində gözümü yoxlamaq üçün müraciət etdim.Burda göz cərrahı Cahid həkim gözümə baxış keçirəndən sonra bildirdi ki, sizin gözünüzdə böyük problem var əməliyyat uğursuz aparılıb və gözünüzdə tədricən çürümə olacaq. Mən xahiş etdim ki, siz bu problemi öhdənizə götürə bilərsiniz o, bildirdi ki, xeyir hansı həkim əməliyyat edibsə məsuliyyətni öz üzərinə götürməlidir. Yenidən səhəri gün klinikaya getdim. Yaqub Çevik həkimi yenə tapa bilmədim. Məni hər dəfə bir həkimin qəbuluna saldılar. Boş- boş vədlər verdilər. Gözümdə tüntəzəm olaraq ağrılar, şişmələr artmaqda idi. Sonda Dünyagöz Klinikasında Semih həkimin qəbulunda oldum o mənə bildirdi ki, sizin əməliyyatınız uğursuz olub çox təssüflər olsun ki, sizin gözünüzü bərpa etmək olmayacaq. Kəmalə xanım bildirir ki, uğursuz əməliyyat üçün ödədiyim məbləği qaytarmaq üçün etirazımı bildirdim. Məni eşitmək belə istəmədilər. Yaqub Çevik həkimin gözümdə uğursuz əməliyyat apardığı üçün mənə dəyən maddi və mənəvi ziyanı qarşılaşmasını istəyirəm. Hal-hazırda onun uğursuz əməliyyat ucbatından gözlərim görmə qabiliyyətini itirmişəm. Və sonacan Yaqub Çevik həkin məsuliyyətə cəlb olunacağı günə qədər mübarizəmi aparıb lazımi dövlət orqanlarına məlumat verəcəm.

Mövzuya qayıdacağıq.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı – Fotolar
04/10/2022
Mingəçevirdə narkotik əməliyyatı: 11 nəfər SAXLANILDI (FOTOLAR)
04/10/2022
Erməni diversantların Daşkəsənə basdırdığı minalar aşkar edildi – Foto
04/10/2022
Polis maşında qıcolma keçirən qadını belə xilas etdi – Video
02/10/2022
Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı MƏLUMAT YAYDI
01/10/2022
Füzulidə iki nəfər minaya düşərək həlak olub – RƏSMİ
30/09/2022
25 yaşlı Nərmin dünyaya övlad gətirərkən komaya düşüb: Küvəzdə olan övladının ona ehtiyacı var – FOTO
29/09/2022
Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı
29/09/2022
Neyropsxioterapevt Nurana Kazımova və TADC bakanı psixoloq-Hakan Seyhan psixososial layihə…
27/09/2022
“Hər həftə duet oxuyuruq” – Şagirdi ilə videosu yayılan müəllim DANIŞDI
26/09/2022
TƏBİB sığınacaqdakı uşaqlar arasında yayılan dəri xəstəliyi barədə AÇIQLAMA verdi
24/09/2022
Videonu gəlin çəkib baldıza göndəribmiş…
24/09/2022
Azərbaycana payız gəldi
23/09/2022
Sakinlərin deputat Etibar Əliyevə müraciəti müsbət həll olundu – Suraxanıda daha bir küçə asfaltlandı
22/09/2022
Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik
22/09/2022