> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4265 - dəfə oxunub

DTX Ukraynada əməliyyat keçirdi – Video

Spread the love

Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub. Kivnews.com Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılmış və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – DETALLAR
02/08/2021
Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edilib – DİN-dən açıqlama
02/08/2021
Zakir Həsənov ordu rəhbərliyini topladı, əmr verdi
02/08/2021
Türkiyədə meşə yanğınlarını törədən “Atəşin uşaqları” adlı terrorçular kimlərdir? – FOTO
02/08/2021
Polisi döyən Eldəniz Səlimov danışdı – Günahını etiraf etdi
01/08/2021
Ordumuz azad edilmiş əraziləri belə qoruyur – FOTO/VİDEO
01/08/2021
Deputatdan Jirinovskinin qalmaqallı çıxışına – Cavab
01/08/2021
Eldəniz Səlimovla bağlı spikerə müraciət – 53 deputat ona qarşıdır
31/07/2021
Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü
31/07/2021
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilsin – Baş Prokuror təqdimat göndərdi
31/07/2021
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı – RƏSMİ
31/07/2021
Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır
30/07/2021
Deputatın polisi döyməsiylə bağlı yeni açıqlama: “Mənim maşınımda gedib”
30/07/2021
Türkiyədə meşələri belə yandırıblar – Video
30/07/2021
Deputat polis əməkdaşını niyə döyüb? – Səbəbi açıqlandı
30/07/2021