> <
Dmanisidə 8 nəfər saxlanılıb – Komitə açıqlama yaydı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4218 - dəfə oxunub

Dmanisidə 8 nəfər saxlanılıb – Komitə açıqlama yaydı

Spread the love

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı açıqlama yayıb.

Qurumun Mətbuat xidmətindən  daxil olan məlumatda bildirilir ki, 16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib.

Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb.

“Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib.

Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur.

Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.

Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır”, – deyə açıqlamada qeyd edilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğludan Ermənistandakı seçkilərin bölgəyə təsiri ilə bağlı – Açıqlama
20/06/2021
Əli Nağıyev və Vilayət Eyvazov vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəliblər — RƏYLƏR
20/06/2021
Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
20/06/2021
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021