> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4242 - dəfə oxunub

DİN maska taxmayan deputatı cərimələdi – Video

Spread the love

Daxili İşlər Nazirliyi "Four Seasons" otelində vəkillə mübahisə etdiyinə dair videogörüntüləri yayılan deputat Ramil Həsənovu cərimələyib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, dərhal həmin görüntülərlə bağlı araşdırma aparılıb:

"Həmin münaqişədə iştirak edən 8 nəfərin şəxsiyyəti müəyyən edilərək Səbail Rayon Polis İdarəsinə dəvət olunub. Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün millət vəkili Ramil Həsənov və ətrafındakı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Müəyyən edilib ki, deputat Ramil Həsənov  qapalı məkanda tibbi maskadan istifadə etməyib. Vəkil Muxtar Mustafayev isə tibbi maskadan istifadə etdiyi üçün ona yalnız xəbərdarlıq olunub. Orada sadəcə sözlü mübahisə baş verib, tərəflər bir-birinə qarşı hər hansı fiziki təzyiq etməyib".

Qeyd edək ki, virtual.org saytı bu gün sözügedən oteldə deputat Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında ciddi mübahisə olması ilə bağlı görüntülər yayımlayıb. Həmin məkanda M.Mustafayev Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.  

Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənovla evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.

Murad Əhməd

 

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – FOTO
03/08/2021
“İnfiniti” klub bu görüntülərə görə 4 min manat cərimələndi – VİDEO
03/08/2021
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – DETALLAR
02/08/2021
Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edilib – DİN-dən açıqlama
02/08/2021
Zakir Həsənov ordu rəhbərliyini topladı, əmr verdi
02/08/2021
Türkiyədə meşə yanğınlarını törədən “Atəşin uşaqları” adlı terrorçular kimlərdir? – FOTO
02/08/2021
Polisi döyən Eldəniz Səlimov danışdı – Günahını etiraf etdi
01/08/2021
Ordumuz azad edilmiş əraziləri belə qoruyur – FOTO/VİDEO
01/08/2021
Deputatdan Jirinovskinin qalmaqallı çıxışına – Cavab
01/08/2021
Eldəniz Səlimovla bağlı spikerə müraciət – 53 deputat ona qarşıdır
31/07/2021
Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü
31/07/2021
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilsin – Baş Prokuror təqdimat göndərdi
31/07/2021
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı – RƏSMİ
31/07/2021
Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır
30/07/2021
Deputatın polisi döyməsiylə bağlı yeni açıqlama: “Mənim maşınımda gedib”
30/07/2021