> <
Deputatlar arasında mübahisə düşdü – YENİLƏNİB | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4220 - dəfə oxunub

Deputatlar arasında mübahisə düşdü – YENİLƏNİB

Spread the love

Milli Məclisin deputatı Kamal Cəfərov həmkarı Qüdrət Həsənquliyevin tənqidinə münasibət bildirib.
K.Cəfərov Oxu.Az-a açıqlamasında dövlət qulluqçusu ilə deputatın funksiyalarını kifayət qədər yaxşı bildiyini deyib.
“Hər iki vəzifənin əsas məqsədi xalqın xidmətçisi olmaqdır”, – deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, statusdan asılı olmayaraq, özünü xalqın xidmətçisi hesab edir.

“Həmkarımın isə fərqli düşüncəsi ola bilər. Digər tərəfdən dövlət qulluğuna qəbul zamanı test imtahanın əsas məqsədi korrupsiya hallarının qarşısını almaq, müvafiq bilik və bacarığı olan namizədlərin vəzifəyə təyin edilməsidir. Vaxtı ilə bu qanunun qəbulu zamanı məqsəd də bu olub. İlkin görünüşdən Qüdrət müəllimin dövlət qulluğuna bütün vəzifələr üzrə qəbulun yalnız müsahibə yolu ilə keçirilməsi təklifi yaxşı səslənsə də, hesab edirəm ki, bu, dövlət qulluğu sahəsində korrupsiya və ədalətsizliyə yol aça bilər”, – deyə K.Cəfərov fikrini yekunlaşdırıb.

12:42

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev həmkarı Kamal Cəfərov tənqid edib.

Oxu.Az-ın məlumatına əsasən, Q.Həsənquliyevin tənqidinə səbəb K.Cəfərovun dövlət qulluqçusu ilə deputat statusunu eyniləşdirməsi cəhdi olub.

Q.Həsənquliyev qeyd edib:

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı dövlət qulluqçularının hər 5 ildən bir imtahan verərək sertifikat alması ilə bağlı məsələyə toxundum. Deputat Kamal Cəfərov isə mənə cavabında Milli Məclisin deputatlarının da 5 il müddətinə seçildiyini qeyd etdi”.

Q.Həsənquliyev həmkarını deputatla dövlət qulluqçusunun səlahiyyətlərini ayırd edə bilməməkdə təqsirləndirib:

“Parlament seçkili orqandır, deputatlar xalq tərəfindən seçilirlər və mütəmadi xalq qarşısında hesabat verirlər. Deputatla dövlət qulluqçusunu eyniləşdirmək düzgün yanaşma deyil”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021