> <
Deputatlar: ABŞ prezidentinin “erməni soyqırımı” ifadəsi qəbuledilməzdir | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4233 - dəfə oxunub

Deputatlar: ABŞ prezidentinin “erməni soyqırımı” ifadəsi qəbuledilməzdir

Spread the love

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı açıqlamasında “soyqırımı” ifadəsini işlətməsi xoşagələn hal deyil. Hesab edirəm ki, bu, tarixi saxtalaşdırmaqdır”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, tarixdə elə bir “soyqırımı” olmayıb: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə tarixçilərin bir araya gələrək bu məsələni araşdırmağı təklif edib və Ermənistan tərəfi də bundan qaçıb. Çünki ermənilər bunun saxta və uydurma olduğunu yaxşı bilirlər. Ermənistan tərəfinin bu məsələni tarixçilərin yox, siyasilərin müəyyənləşdirməsi olduğunu deməsi onların məkrli siyasətinin və erməni lobbisinin ayrı-ayrı dairələrə təsirinin təzahürüdür. Ona görə də belə bir ifadənin işlədilməsi tarixi saxtalaşdırmaqdır”.

Deputat bildirib ki, Türkiyə dünyanın güclü və qüdrətli dövlətidir: “Hesab edirəm ki, belə açıqlamalarla da qardaş Türkiyəyə təzyiq göstərə bilməyəcəklər. Onu da bildirim ki, bu həm də türk dünyasına ünvanlanan saxta bəyanatdır. Azərbaycan da hər zaman və hər bir məsələdə Türkiyənin yanındadır. Baydenin bu açıqlaması tarixi yanlışlıqdır”.

Cavid Osmanov

Milli Məclisin digər bir deputatı Ramil Həsən isə “Report”a açıqlamasında bildirib ki, ABŞ prezidenti Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi bütün türk dünyasını, Azərbaycanı və qardaş Türkiyəni narahat edir: “ABŞ prezidenti bu ifadəni işlətməklə açıq və aydın şəkildə beynəlxalq hüququ, ədaləti, pozub. ABŞ prezidenti 100 ildən çox bundan öncə baş verən hadisədə Türkiyəni günahlandırır. Ancaq onlar, dünya birliyi son illər ərzində ermənilər tərəfindən bilavasitə Azərbaycanın başına gətirilən cinayətlərlə, insanlığa sığmayan hərəkətlərə bağlı bir kəlimə də olsun danışmayıblar. Azərbaycan hər zaman qardaşı Türkiyənin yanındadır. Biz Türkiyənin mövqeyini dəstəkləyirik və onlarla birlikdəyik. Necə ki, 44 günlük Vətən müharibəsində birlikdə olduq, bundan sonra da fəaliyyətimiz Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi altında davam edəcək”.

Deputat qeyd edib ki, ABŞ prezidentinin bu açıqlamasından sonra Türkiyə tərəfindən açıqlamalar ard-arda gəlməkdədir: “Bu açıqlama Türkiyə-ABŞ münasibətlərinə təsir göstərəcək və dünyada ikili standartların olduğunu bir daha nümayiş etdirəcək. Tarixçilərin qiymət verməli olduğu bir hadisəni işlətmək və bunu siyasi şouya çevirmək təəssüf doğurur. Bu həm də Azərbaycan və Türkiyənin öz haqlarını qorumasına da şərait yaradacaq prosesin təməlini qoyub. ABŞ prezidentinin “soyqırımı” ifadəsi qətiyyən qəbuledilməzdir. Mən əminəm ki, tez bir zamanda Azərbaycan və Türkiyənin dövlət rəsmiləri bununla bağlı öz mövqelərini bildirəcəklər. Biz qardaşımızla həmrəyik. Beynəlxalq hüququ pozanlar bir daha dönüb aynaya baxsınlar. Onlar olmayan “soyqırımı”ndan danışırlarsa, faktlarla sübut olunan Xocalı soyqırımına siyasi qiymət versinlər. Azərbaycan və Türkiyə hüquqi, güclü dövlətidir. Əminəm ki, qardaş Türkiyə gücü ilə bu hadisələrə sinə gərəcək. Biz də onların hər zaman yanındayıq”.

Ramil Həsən

Milli Məclisin daha bir deputatı Nigar Arpadarai “Report”a deyib ki, müxtəlif xarici hökumətlərin və ABŞ-ın da “erməni soyqırımı” elanları artıq Türkiyəyə və ya Azərbaycana siyasi təzyiq göstərmək üçün bir vasitə deyil: “Barışıq axtarmalı olan biz deyilik, Ermənistan olmalıdır. Biz artıq daha güclüyük və aramızda olan ittifaq da daha möhkəmdir. Bu mənada belə bəyanatlar və Qərarlar Ermənistanın özünə də bir fayda gətirməyəcək. Çünki Ermənistanın indi yaşadığı böhrandan çıxış yolu, yeganə şansı qonşu dövlətlər, xüsusilə Türkiyə və Azərbaycanla normal münasibətlər qurmasındadır”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ceyhun Bayramov Ermənistana səsləndi: “Münasibətlər qarşılıqlı olmalıdır”
19/06/2021
BMT önündə Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq sərgi keçirilib
19/06/2021
“50-ə yaxın siyasi partiya bu məsələdə də birləşdi” – Şahin İsmayılov
18/06/2021
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”
16/06/2021
Qarabağ öz kimliyinə qovuşacaq – Ərdoğan
15/06/2021
“Müharibə dövründə Türkiyə telekanallarında reportajları izləmişdim”
15/06/2021
Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”
15/06/2021
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021