> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

Deputatdan TƏLƏB: “Azərbaycanda pensiya yaşı azaldılmalıdır”

Spread the love

“Azərbaycanda əhalinin 7%-i 65 yaşdan yuxarıdır. Deməli, 7% əhali pensiya ala bilir”.

Kivnews.com APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, deməli Azərbaycanda orta yaş aşağıdır: 

“Buna görə də Azərbaycanda pensiya yaşını aşağı salmaq lazımdır. İnsanlar DSMF-yə pul ödəyir. Bir çox insan bu qanun layihəsini mütərəqqi adlandırır. Bu o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni 31%-lə 60% eyni pensiya alacaq?! Burada 100% sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də burada sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilsin. 

İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün orqanizmin neçə faizi funksiyasını itirməlidir? 

 

İkincisi, nazirlik bu dəyişikliklərdən əvvəl bizə maliyyə əsaslanması təqdim etməliydi. Komitə sədri Musa Quliyev ötən iclasda dedi ki, bəlkə də bu qanunun qəbulundan sonra əlillərin sayı artacaq. Bu gün mən də deyirəm ki, ola bilsin əlilliyi olanların, əlilliyə görə pensiya alanların sayı azalacaq. Bu kimi hallar olmaması üçün nazirlik bizə maliyyə əsasnaməsi təqdim etməliydi. Biz bilməliydik ki, nə qədər vəsait artacaq, yaxud azalacaq”. 

Onun fikrincə, insan əmək qabiliyyətini 100% itirilsə də, yaşaya bilər: 

“Amma qanunda qeyd edildiyi kimi 81-100% orqanizmin funksiyası itirilməsi hissəsində 100% ölüm deməkdir. Nazirlikdən bu suallara cavab gəlmədikcə, mən bu qanun layihəsinin lehinə səs verməyəcəm”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021