> <
Deputat: “Nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

Deputat: “Nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”

Spread the love

“Əxlaq polisinin və mənəviyyat komissiyasının yaradılması ilə bağlı təklifimdən 30 il ötür. Həmin dövrdə özəl televiziyalarda filmlər, reklamlar nümayiş etdirilirdi. Təklifimiz həyata keçməsə də, biabırçılıqlar aradan qaldırıldı. Bu, millətin psixologiyasında dərin zədə qoydu. İndi məni narahat edən məsələ mehmanxanalara qadın və kişilərin nikah şəhadətnaməsi tələb edilmədən buraxılmalarıdır. Sizin pul qazanmaq istəyiniz millətin taleyindən bu qədərmi üstündür?! Balalarımız, nəvələrimiz var, onlar bizim gələcəyimizdir. Bilirsiniz ki, nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, bu cür hallarla mübarizə aparmaq lazımdır:

“Gələcəyimizi məhv etmək olmaz. Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bu metodun Azərbaycanda tətbiq edilməsini təklif etsəm, qəbul etməyəcəksiniz. Bəs biz necə müsəlman ölkəsiyik? Ərəblərin hərəkətləri yadımızdan çıxmır. Formula-1 yarışı zamanı hotelin eyvanından baxan kişinin alt paltarı çiynindən aşırılmışdı. Bizim milli dəyərlərimiz var. Koreya müsəlman dövləti deyil, amma milli dəyərlərini qoruyur. Nə üçün biz müsəlman olduğumuz halda milli dəyərlərimizi qorumuruq? Bəzən deyirlər, filan məsələ qalıb kənarda, başqa məsələdən danışırsınız… Biz hər məsələdən danışırıq, danışacağıq. Azərbaycan millətinin taleyinə nə ziyandırsa, qarşısını almağa çalışacağıq. Geri çəkilməyəcəyik”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021