> <
# | #xacmaz
Baş səhifə
Əlaqə
Məzənnə:
42121 - dəfə oxunub

Deputat meşəni məhv edir, nazirlik işə qarışdı – Video

Spread the love

Bu hadisə həqiqətən belə olubsa, burada vəzifə saxtakarlığı var. Bu fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bu hadisəyə ilk reaksiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional idarəsi verib. İlk olaraq 25 mayda Fərzəlioba kəndində xüsusi mülkiyyətdə olan ərazidə kütləvi şəkildə meşə ağaclarının kəsilməsi qeydə alınıb. Sual oluna bilər ki, ərazi xüsusi mülkiyyətdirsə, buna hüquqi cəhətdən necə imkan verilir? Qanunvericilikdə bu halda müəyyən icazələrin alınması tələb olunur.

Bu sözləri Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Xaçmazın Fərzəlioba (Köhnə Xudat bələdiyyəsi) və İdrisoba kəndi yaxınlığında ağacların kütləvi şəkildə məhv edilməsi haqda danışarkən deyib.

O bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaq olan xüsusi mülkiyyətdə yaşı 30-40-dan çox olan palıd, qovaq ağaclarının olması nazirlikdə şübhələr doğurub:

“Xüsusi mülkiyyətdə salınmış meşə nə gəzir? Buna görə də ilk olaraq 25 mayda “Qərb Ekol” MMC-yə qarşı 7 min manat cərimə ziyan olaraq hesablanıb və sənədlər Xaçmaz Prokurorluğuna göndərilib. 31 mayda bu məsələ davam etdiyi üçün yenidən qeydiyyat aparılıb, 25 min manat ziyan hesablanıb və sənədlər Xaçmaz Prokurorluğuna göndərilib. 2 iyunda şirkət qoyulan məhdudiyyətlərə məhəl qoymayaraq kəsimə davam etdiyi üçün 33.040 manat məbləğində ziyan hesablanıb və sənədlər yenidən prokurorluğa təqdim edilib.

Burada biz hüquq-mühafizə orqanlarının araşdırmasını gözləməliyik. Şirkətin işləri davam etdirməsi halında sakinlər vətəndaşlıq mövqeyindən çıxış edərək öz sözlərini deməli, araşdırmaların sonunu gözləməli və şirkətdən sənəd tələb etməlidir.

Əlavə olaraq bildirim ki, idarənin rəisi və əməkdaşları bəzi işlərin gecələr görülməsi səbəbində iki gecə bu meşəlik ərazidə qalıblar. Bu məsələlərdə vətəndaşların aktivliyi çox önəmlidir. Bəlkə də elə bir yekun olacaq ki, biz iddiamızı geri çəkməli olacayıq”.

Qeyd edək ki, Xaçmazın Fərzəlioba və İdrisoba kəndi yaxınlığında ağacların kütləvi şəkildə məhv edilməsi qeydə alınıb. Sakinlər isə ərazinin Köhnə Xudat bələdiyyəsində məsul vəzifə tutan Faiq Savcıyev tərəfindən külli miqdarda pul qarşılığında deputat Eldəniz Səlimova satıldığını iddia ediblər.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021
Ərdoğan Qarabağ zəfəri barədə: “Dünyaya verəcəyi faydanın dəyəri zaman ötdükcə daha yaxşı anlaşılacaq”
17/06/2021
Acun da futbolu Bakıda izləyib – Fotolar
17/06/2021
Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi
16/06/2021
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
16/06/2021
“Bərabər yeni bir Qarabağ quracağıq”
16/06/2021
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama
16/06/2021
Vilayət Eyvazov məşhur DYP rəisini İŞDƏN ÇIXARDI
16/06/2021
“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”-Petrosyan
16/06/2021
İbrahim İbrahimli vəfat etdi
16/06/2021
Şuşa bəyannamə yeni dirilişin müjdəsidir!
15/06/2021
Prezident: Erməni ordusu tam məhv edildi!
15/06/2021
“Əziz qardaşıma Füzulinin dağılmış mənzərəsini göstərdim”
15/06/2021
Prezidentlə xanımı “Anadolu”nun obyektivində – Fotolar
15/06/2021
Səlcuq Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”
15/06/2021