> <
Deputat gömrük qaydalarını pozdu – Cavanşir Feyziyev barəsində cərimə protokolu tərtib olunub | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4227 - dəfə oxunub

Deputat gömrük qaydalarını pozdu – Cavanşir Feyziyev barəsində cərimə protokolu tərtib olunub

Spread the love

Dövlət Gömrük Komitəsi ( DGK) “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində Xətalar Məcəlləsinin 485.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib. 

Buna səbəb şirkətin gömrük qaydalarını pozmasıdır. DGK artıq cərimə protokolunu baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslərin 1000 AZN, hüquqi şəxslərin isə 1500 AZN məbləğində cərimə olunması nəzərdə tutulur.

“Avromed Company” QSC 2001-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 57 000 AZN-dir. QSC-nin qanuni təmsilçisi isə Ağasi Kamran Akif oğludur.

Kamran Ağasi “Avromed Company” QSC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Şirkətin sahibi deputat Cavanşir Feyziyevdir.  Lakin deputat  açıqlamalarında "Avromed"in ona məxsus olmadığını iddia edir.

Bir müddət əvvəl deputatın adı ölümlə nəticələnən ağır yol qəzasında hallandırılırdı. Həmin qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

Həmin vaxt yayılan məlumatlarda iddia olunurdu ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında Cavanşir Feyziyev olub.hit.az

 

 

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021