> <
Danışıqların Brüssel raundu: Əliyevlə Paşinyanın müzakirə edəcəyi məsələlər – TƏHLİL | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4229 - dəfə oxunub

Danışıqların Brüssel raundu: Əliyevlə Paşinyanın müzakirə edəcəyi məsələlər – TƏHLİL

Spread the love

Bu gün Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcəklər. 

Bu, postmünaqişə dövründə Avropa İttifaqının moderatorluğu ilə üzbəüz keçirilən 3-cü təmasdır, bir görüş isə videoformatda keçirilmişdi – ümumilikdə 4 görüş. 

Budəfəki görüş əvvəlki Brüssel danışıqlarının məntiqi davamı və əldə edilmiş razılıqların icrasını birinci mənbədən yoxlamaq məqsədi daşıyır. 

Avropa İttifaqı Qərbin ali təmsilçisi kimi sülh prosesindəki diplomatik-siyasi gedişatlarda üstün təşəbbüslərə yiyələnmək istəyir, lakin danışıqların ümumi ruhu Rusiyanın vasitəçilik, Türkiyənin artan maraqları ilə uzlaşdırılır. 

Avropa İttifaqının təşəbbüsü ilə əldə edilmiş iki razılıq – Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatlar və Birgə Sərhəd Komissiyasının fəaliyyətə başlaması – hələ də qaranlıqdan işığa çıxmayıb. 

Ona görə də, cənab Mişel bu məsələdə Azərbaycanın mövqeyini İlham Əliyevlə birgə Nikol Paşinyanın qarşısında qoyacaqlar. 

Son zamanlar Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində rəsmi İrəvanın törətdiyi təxribatlar da sülh və etimad mühitini qeyri-müəyyən hala gətirir. 

Böhük ehtimalla, bu baxımdan Brüssel danışıqlarının növbəti raundunda İlham Əliyev Nikol Paşinyana  təxribatlara son qoymaq tələbini irəli sürəcək. 

Ermənistan postmüharibə dövründə elə bir öhdəlik götürməlidir ki, təxribata barmaq yeri də qalmasın, Brüssel danışıqları da həmin öhdəliklərin formalaşmasında mühüm rol oynayır. 

Sülh yolu ilə mübahisəli məsələlərin tənzimlənməsinin Brüssel mərhələsi İlham Əliyevə, Rusiyanın təşəbbüsü ilə imzalanmış üçtərəfli  bəyanatların icrası haqqında Paşinyandan məlumat almaq imkanları yaradır. 

Azərbaycan üçün üçtərəfli bəyanatların əməli müstəviyə gəlməsi heç zaman aktuallığını itirmir,  Ermənistan hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələri çıxarmaq əzmini nümayiş etdirmir. 

Bunun səbəbləri ayrıca mövzudur, lakin Azərbaycan üçün nəticə lazımdır, bu nəticə əldə edilməsə, rəsmi Bakının hərbi vasitəyə əl atması üçün hüquqi və siyasi əsasları var.

Bunu başa düşən Paşinyan effektiv düsturlar yaradaraq öhdəlikləri yerinə yetirməlidir. 

Brüssel görüşü ümumilikdə dayanıqlı sülhün bərqərar olmasına lazımlı töhfə verir. 

Gələcəkdə bu töhfə dönüş nöqtəsi yaratmağa gətirib çıxaracaq. 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Partiya rəhbərləri Zəngilana getdi
24/06/2022
Yuri Şatunovun ölümündən əvvəl son görüntüsü – Video
23/06/2022
“Avtoş”luq edən əsgərin atası: “Adam öldürməyib, uşaqdır da, bir az gecikməsi olub” – FOTO
23/06/2022
“Millət vəkilləri gəlmişdi deyə “Qoç ət”də qazilərə çay verilmədi”
23/06/2022
Goranboyda baş verən təbii fəlakətlə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO
23/06/2022
Səfər Mehdiyevdən saxlanılan generalın yerinə – Təyinat
22/06/2022
Öz evini bərpa etmək istəyən köçkünlərə dövlətdən ŞAD XƏBƏR
22/06/2022
Türkiyənin turizm rayonunda güclü meşə yanğınları yaşayış yerlərinə yayıldı: İnsanlar təxliyyə edilir – VİDEO
22/06/2022
The Role of your Board of Directors
22/06/2022
İlham Əliyev Özbəkistana getdi
21/06/2022
Deputatların da maaşı artırılır
21/06/2022
Nazirlər Kabinetindən karantin rejimi ilə bağlı QƏRAR
20/06/2022
DTX Gömrük Komitəsində əməliyyat keçirdi – Vəzifəli şəxslər saxlanıldı
20/06/2022
Tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müdiri BDU-dan qovuldu – AUDİO
20/06/2022
Rusiyalı siyasətçinin Bakıda qəfil ölümü ilə bağlı araşdırma başladı
20/06/2022