> <
Daha bir hərbçinin nəşi tapıldı – Rəsmi açıqlama | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4216 - dəfə oxunub

Daha bir hərbçinin nəşi tapıldı – Rəsmi açıqlama

Spread the love

Hərbi prokurorluq itkin düşən daha bir hərbçinin nəşinin tapıldığını açıqlayıb.

Prokurorluqdan  verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Qeyd edək ki, Təbriz İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, Murovdağ döyüşlərində itkin düşüb. Sonuncu dəfə 28 sentyabr tarixində ailə üzvləri ilə əlaqə saxlayıb. Zəngində mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu və çox qan itirdiyini bildirib.

 



Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğanın Şuşa səfərinin proqramı AÇIQLANDI
15/06/2021
Elmir Vəlizadə vəzifəsindən azad edildi
15/06/2021
Prezidentdən Qurtuluş Günü ilə bağlı paylaşım – Foto
15/06/2021
Azərbaycanda Milli Qurtuluş Günüdür
15/06/2021
Ərdoğan Baydenlə görüşü dəyərləndirdi
14/06/2021
Əhməd İsmayılov “Media haqqında” qanunun əsas məqsədini açıqladı
14/06/2021
Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA
14/06/2021
Prezident Füzuli aeroportunda – Fotolar
14/06/2021
Cəbrayıl şəhidi Ziyadxan Əliyevin bulağının açılışı oldu-FOTO
14/06/2021
“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama
14/06/2021
Prezidentlə xanımı Füzulidə – Yenilənib
14/06/2021
Polad Həşimovun qızı da məzun oldu
14/06/2021
İlham Əliyevdən şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM
14/06/2021
Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək – Vaxt açıqlandı
14/06/2021
Hadrutu alacam, Şuşanı isə…” – Köçəryanın sayıqlaması
14/06/2021