> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4236 - dəfə oxunub

COVID-19 pasportu – Bizə hansı üstünlükləri verəcək?

Spread the love

COVID-19 virusu dünyanı cənginə almağa başladıqdan sonra son iki il ölkələr üçün dözülməz keçdi. Koronavirus pandemiyasının geniş yayılması nəticəsində dünyanın ən iri ölkələrinin səhiyyə sistemləri çökdü, iqtisadiyyatlarına böyük zərbə dəydi və ən nəhayət insanları ən yaxşı halda bu virusa yoluxdu, ən pis halda isə dünyasını dəyişdilər.

Koronavirus infeksiyasının dünyada milyonlarla insana yoluxması dünya ölkələrini hərəkətə keçməyə sövq etdi. İlk növbədə virusa qarşı atılan addımlar sərtləşdirilmiş karantin tədbirləri oldu. Bu proses dünya ölkələrində çox ağırlı, acılı keçdi və insanların geniş etirazı ilə qarşılandı. Çünki insanlar birdən-birə böyük məhdudiyyətlərlə üzləşməli oldular.

Koronavirusla mübarizənin ən uğurlu hissəsi ötən ilin sonlarına təsadüf etdi. Belə ki, inkişaf etmiş ölkələr bu virusa qarşı peyvəndlərini hazırlamağı bacardılar. Məhz peyvəndlənmə prosesinin dünyada başlamasından sonra yoluxanların və ölənlərin dünya üzrə sayı aşağı düşməyə başladı.

Koronavirusa qarşı vaksinasiya prosesi dünya ölkələrində həyata keçirilir və tədricən əhalinin bütün yaş qruplarını əhatə edir. Dünya koronavirus pandemiyası başladıqdan sonra ortaya çıxan karantin məhdudiyyətlərini ləğv etmək üçün peyvəndlənmə prosesinə üz tutub. Bu prosesdə aktiv iştirak edən bəzi ölkələr, o cümlədən Azərbaycan vaksinasiyanı uğurlu həyata keçirdikdən sonra pandemiya zamanı tətbiq olunan bir çox qadağaları aradan qaldırıb.

Koronavirus pandemiyasına qarşı ilkin vaksinlər hazırlandığı dönəmdə peyvəndlərə qarşı anti-təbliğat aparılırdı. Bunların arasında vaksinasiya zamanı insanların bədəninə çiplərin yeridilməsi, kütləvi şəkildə insanların məhv edilməsi və digər iddialar səslənirdi. Lakin zaman keçdikcə ortaya atılan iddiaların bir çoxunun həqiqəti əks etdirmədiyi məlum oldu və insanlar həqiqəti anlamağa başaldılar.

Koronavirusla bağlı dünyada bir çox vaksinlər tətbiq olunub. Bunların içində ən etibarlı və təsdiq olunmuşları bunlardır:

Pfizer-BioNTech peyvəndi. Kod adı BNT162b2-dir. BioNTech və Pfizer şirkətləri ilə əməkdaşlıq sayəsində hazırlanıb.

MRNA-1273 peyvəndi. Moderna şirkəti tərəfindən hazırlanıb.

AZD1222 və yaxud Vakszevria peyvəndi. Əzələdaxili vurulan peyvənd Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanıb.

Sputnik V peyvəndi. Elmi adı Qam-COVİD-VAC vaksinidir, əzələ daxilinə vurulur. Rusiya Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb.

CoronaVac və ya Sinovac peyvəndi. Çin biofarmasevt şirkəti Sinovac tərəfindən hazırlanıb.

Vaksinlərin hazırlanmasına toxunsaq, onu demək olar ki, Sinovac peyvəndi inaktivdir. AstraZeneca və Sputnik V isə vektor bağımlı peyvəndlərdir. Birincinin hazırlanmasında şinponze adenovirusundan istifadə olunursa, digərində adenovirus tibb 26-ya üstünlük verilir. Pfizer və Moderna peyvəndləri isə renie bağımlıdır, yəni nukrionasit tərkiblidir. Adları qeyd olunan peyvəndlərin hər biri dünyanın müxtəlif ölkələrində istifadə olunur və insanların koronavirusa yoluxmaqdan qoruyur, eyni zamanda yoluxarsa, ağır keçirməsinin qarşısını alır, onların həyatlarını itirməsinə maneə olur və xəstəliyə qalib gəlməkdə böyük üstünlük verir.

Bu gün koronavirus infekasiyasına qarşı vurulan vaksinlər Azərbaycanda insanlara COVID-19 pasportu almağa imkan verir. COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Koronavirusa yoluxmuş və sağalmış şəxslərin bu pasportu alması daha asan başa gəlir. Belə ki, yoluxması barədə rəsmi qeydiyyatı olan şəxslərin immunitet sertifikatı əldə etməsi sadə prosedur tələb edir.

Vaksin vurdurmaqla əldə olunan COVID pasportu kənardan qorxulu və qəribə görünsə də, əslində insanların həyatını gözləyən təhlükələri minimuma endirmək məqsədi daşıyır. Heç kimə sirr deyil ki, dünya ölkələrində, o cümlədən Azərbaycanın qonşu ölkələrində vaksinasiya prosesi həyata keçirilir. Bütün dini konfensiyaların rəhbərləri və nümayəndələri də vaksinasiya prosesini təşviq edib ki, bu yolla da inanclı insanlar arasında bu prosesə bütün şübhələr aradan qalxıb.

Bu pasporta yiyələnmiş şəxslər hazırda dini ocaqlar və idman zallarına rahat şəkildə gedə bilirlər. Lakin gələcəkdə karantin tədbirlərinin daha da yumşalması ilə qapalı və ya açıq məkanlarda müxtəlif tədbirlər, o cümlədən toy mərasimlərinin keçirilməsi COVID pasportu ilə baş tuta biləcək. Bu istənilən halda insanların öz sağlamlığına diqqətə, virusdan qorunmaq və sağlam cəmiyyət formalaşdırmağa hesablanıb. Ümid edək ki, Azərbaycan xalqı dövlətin dəstəyi və qayğısı ilə dünyanı cənginə almış bu virusdan da üzü ağ çıxacaq, necə ki, hazırda bu, baş verir.

BAKU.WS

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – FOTO
03/08/2021
“İnfiniti” klub bu görüntülərə görə 4 min manat cərimələndi – VİDEO
03/08/2021
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – DETALLAR
02/08/2021
Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edilib – DİN-dən açıqlama
02/08/2021
Zakir Həsənov ordu rəhbərliyini topladı, əmr verdi
02/08/2021
Türkiyədə meşə yanğınlarını törədən “Atəşin uşaqları” adlı terrorçular kimlərdir? – FOTO
02/08/2021
Polisi döyən Eldəniz Səlimov danışdı – Günahını etiraf etdi
01/08/2021
Ordumuz azad edilmiş əraziləri belə qoruyur – FOTO/VİDEO
01/08/2021
Deputatdan Jirinovskinin qalmaqallı çıxışına – Cavab
01/08/2021
Eldəniz Səlimovla bağlı spikerə müraciət – 53 deputat ona qarşıdır
31/07/2021
Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü
31/07/2021
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilsin – Baş Prokuror təqdimat göndərdi
31/07/2021
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı – RƏSMİ
31/07/2021
Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır
30/07/2021
Deputatın polisi döyməsiylə bağlı yeni açıqlama: “Mənim maşınımda gedib”
30/07/2021