> <
“Co Baydenin bəyanatı təəssüf doğurur” – Azərbaycan XİN | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

“Co Baydenin bəyanatı təəssüf doğurur” – Azərbaycan XİN

Spread the love

ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.
Kivnews.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
“Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”, – deyə məlumatda deyilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”
16/06/2021
Qarabağ öz kimliyinə qovuşacaq – Ərdoğan
15/06/2021
“Müharibə dövründə Türkiyə telekanallarında reportajları izləmişdim”
15/06/2021
Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”
15/06/2021
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021
“Beynəlxalq təşkilatların prosesdə iştirakı Bakı və Yerevanın razılığı ilə mümkündür”
08/06/2021
Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı – FOTO
04/06/2021
Ceyhun Bayramov minaya düşən jurnalistlərdən yazdı
04/06/2021