> <
Cinayəti “Lotu Quli”nin söyülməsinə görə işlədib – Yeniyetməyə 8 il həbs | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4219 - dəfə oxunub

Cinayəti “Lotu Quli”nin söyülməsinə görə işlədib – Yeniyetməyə 8 il həbs

Spread the love

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 2003-cü il təvəllüdlü İ.Həsənovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Kivnews.com Report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.İsmayılov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bıçaqlanma hadisəsi 2020-ci il sentyabrın 4-ü saat 23:30 radələrində paytaxın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində qeydə alınıb.

Qəsəbə sakini, yetkinlik yaşına çatmayan – 2003-cü il təvəllüdlü İ.Həsənov münaqişə zəminində tanımadığı şəxsi – 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.

Hadisəni törədən 17 yaşlı İ.Həsənov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İ.Həsənov məhkəmədə ifadə verən zaman deyib ki, hadisə zamanı O.Yaqibekov sərxoş olub və kriminal avtoritetlər haqqında danışmağa başlayıb. Onun sözlərinə görə, zərərçəkmiş kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu təhqir edib. Buna görə də İ.Həsənov cibindəki qatlanan bıçaqla O.Yaqibekovun boğaz və qarın nahiyəsinə zərbələr endirib.

Xatırladaq ki, İ.Həsənovun atası Bayram Həsənov 2010-cu ildə qayınatasını öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə Türkiyədə qətlə yetirilib. Bakıdakı hadisə onun qətlindən iki həftə sonra baş verib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021