> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4230 - dəfə oxunub

Çavuşoğludan Ermənistandakı seçkilərin bölgəyə təsiri ilə bağlı – Açıqlama

Spread the love

“Ümid edirəm, bu gün Ermənistanda keçirilən seçkilər, seçkidən sonra gələn administrasiya daha öncəki xətalardan dərs alaraq, bölgənin sabitliyinin və sülhün tək yolunun qonşuların torpaqlarına göz dikmək əvəzinə, qonşularla yaxşı yola getmək olduğunu anlayar”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda deyib.
“Çünki müharibədən sonra – yəni Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra həm Türkiyədə, həm Azərbaycanda bölgənin sabitliyi və sülh üçün addım atmaq qərarlılığı var.

Bunu hər iki liderin – cənab Prezident Rəcəb Tayyib Ədoğan və Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamalarında da hər zaman görürük. Bütün dünya da görür”, – XİN rəhbəri vurğulayıb.

O əlavə edib ki, bir çox layihələrin həyata keçirilməsi imkanı var:

“Bundan və bu yanaşmalardan ən çox istifadə edəcək olan da Ermənistandır. Ermənistan keçmişdəki xətalı siyasət səbəbindən özünü izolyasiya etdiyi üçün digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə geridə qalıb.

Ancaq bu öz günahlarıdır, bizim deyil. İndi bundan istifadə edəcəyinə görə ədavəti bir kənara qoyub, qonşuları ilə yaxşı yola getmək üçün nələr edə biləcəyini düşünməlidir.

Bu anlayış olarsa, mərhələli olaraq əlaqələrimizi normallaşdırarıq, bu məsələlərdə Azərbaycanla birgə qərar verərik. Sərhədləri aça bilərik. Bir çox quru yolu və dəmiryolu layihəsi var. Ticarət artar. İnvestisiya artar, imkanlar var.

Türkiyə-Azərbaycan əlaqələrinə bu sülh mühiti töhfə verər, amma bizim əlaqələrimiz onsuz da müstəsnadır – Bir millət, iki dövlət”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – FOTO
03/08/2021
“İnfiniti” klub bu görüntülərə görə 4 min manat cərimələndi – VİDEO
03/08/2021
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – DETALLAR
02/08/2021
Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edilib – DİN-dən açıqlama
02/08/2021
Zakir Həsənov ordu rəhbərliyini topladı, əmr verdi
02/08/2021
Türkiyədə meşə yanğınlarını törədən “Atəşin uşaqları” adlı terrorçular kimlərdir? – FOTO
02/08/2021
Polisi döyən Eldəniz Səlimov danışdı – Günahını etiraf etdi
01/08/2021
Ordumuz azad edilmiş əraziləri belə qoruyur – FOTO/VİDEO
01/08/2021
Deputatdan Jirinovskinin qalmaqallı çıxışına – Cavab
01/08/2021
Eldəniz Səlimovla bağlı spikerə müraciət – 53 deputat ona qarşıdır
31/07/2021
Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü
31/07/2021
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilsin – Baş Prokuror təqdimat göndərdi
31/07/2021
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı – RƏSMİ
31/07/2021
Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır
30/07/2021
Deputatın polisi döyməsiylə bağlı yeni açıqlama: “Mənim maşınımda gedib”
30/07/2021