> <
Cahangir Əsgərov və Cavid Qurbanov yoxlanılacaqmı? | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4235 - dəfə oxunub

Cahangir Əsgərov və Cavid Qurbanov yoxlanılacaqmı?

Spread the love

Xəbər veridyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Qeyd edək ki, iri dövlət müəssisələri- “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər. Əsas məqsəd həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılmasıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında iri dövlət müəssisələrinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinin əsas məqsədlərindən söhbət açıb. Ekspert qeyd edib ki, əsas məqsəd dövlət şirkətlərinin rentabelli çalışmasını təmin etməkdir:

“Bu onların dövlət büdcəsindən aldığı dotasiyaları kəsmək və xərclərini azaldaraq normal xidmət göstərməsinə atılmış yönəlik addımlardır. Bildiyimiz kimi, bu dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinə çoxdan verilmişdi.

İndi isə yeni olaraq müşahidə şuraları yaradıldı. Müşahidə Şuralarına tapşırıq verilib ki, bu dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı yeni idarəetmə konsepsiyası hazırlasınlar.

Onların rekonstruksiya olunması, yenidən qurulması, yeni idarəetmə formasının tətbiqi, xərclərin azadılması, xidmətin, keyfiyyətinin yaxşılaşdırılması kimi bütün bu məsələlər yeni yaradılımış qurumların səlahiyyətinə aiddir”.

Ekspert qeyd edib ki, digər qurumlar kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində də müəyyən problemlər olub:

“Azərbaycan Dəmir Yolları”da həm qiymətlə, həm xidmətlə, həm də gediş zamanı müəyyən problemlər var idi ki, bunlar da zaman-zaman vətəndaşlar tərəfindən dilə gətirilirdi. Yeni yaradılmış qurumun indi əsas vəzifəsi ondan ibarətdir ki, birincisi, dəmir yolları şirkətinin tam auditini aparsın. İkincisi, xərclər istiqaməti müəyyənləşdirilsin.

Həmçinin harda şişirdilmiş xərclər varsa, onların aradan qaldırılması üçün addımlar atılsın. Növbəti mərhələdə isə paralel olaraq xidmətin yaxşılaşdırılması ilə bağlı yeni təkliflər paketi hazırlanmalıdır.

Yeni təkliflər paketi olmalıdır ki, xidmətin yaxşılaşdırılması ilə bağlı hansı addımlar atılacaq bilinsin. İndi qurum yeni yaradılıb və Müşahidə Şurası da yeni təsis edilib. Növbəti addımları gözləməkdə əlbəttə ki, fayda var. Amma hesab edirəm ki, ən azından problemlərin təsbit olunması və ilkin olaraq qiymətləndirmə aparılması üçün bu şirkətlərin ciddi bir audit yoxlamasına ehtiyac var, o cümlədən də “Azərbaycan Dəmir Yolları” şirkətinin.

Bu audit yoxlaması nəticəsində həm xərclər, həm gəlir istiqamətləri dəqiqləşdirilməlidir. Bundan sonra isə şirkətin idarə edilməsinin optimallaşdırılması ilə bağlı yeni “yol xəritəsi” qəbul edilməlidir”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021