> <
CƏBRAYILDA ERMƏNİ KİLSƏSİ OLUBMU? | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4247 - dəfə oxunub

CƏBRAYILDA ERMƏNİ KİLSƏSİ OLUBMU?

Spread the love

44 günlük müharibədə iqtisadiyyatı və ordusu darmadağın edilən və bu məğlubiyyəti həzm edə bilməyən ermənilər yeni yalanlar uydurmaqda davam edirlər. Bu dəfə onlar Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair məlumat yayıblar. Bu həm də onu göstərir ki, ermənilər zəhərli ideologiya və xəstə təxəyyüldən hələ xilas ola bilməyiblər.
Cəbrayılda işğal vaxtına kimi, ümumiyyətlə, 1 nəfər də erməni yaşamayıb. Cəbrayıl işğal olunduqdan sonra isə ermənilər Cəbrayıl Rayon Xəstəxanasını hərbi hissəyə çevirərək yaxınlığında kilsə inşa ediblər. Köçdükləri ərazilərdə kilsə tikmək bir müddətdən sonra oranın ermənilərə məxsus olduğunu iddia etmək ermənilərin köhnə xəstəliyidir. Bu siyasət ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilir. Sonrakı dövrlərdə saxta tarix yazaraq ermənilərin bu bölgənin qədim xalqlarından biri olduğunu sübut etmək, pozulmuş ədaləti bərpa etdikdə isə hay-küy salmaq üçün istifadə etdikləri metoddur.
Əvvəllər də bu barədə yazmışdım. Rəsmi məlumatlara əsasən işğala qədər Cəbrayıl rayonunda 5 tarixi məscid var idi. Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. Əldə etdiyimiz şəkillərə əsasən həmin məscidlərdən Papı və Süleymanlı kəndlərindəki məscidlərin yalnız qalıqları qalıb. Ermənilər bu məscidləri də yerlə yeksan ediblər. Digər kəndlərimizdəki məscid, türbə və ziyarətgahlar da dağıdılıb, və ya tamamilə baxımsız vəziyyətdədir. Bu bir daha bu xalqın hansı mənəviyyat, əxlaq və tərbiyə sahibi olduğunu göstərir.
Onu da qeyd edək ki, bütün dinlərdə məscid, kilsə və sinaqoq Allahın evi onlara xələl gətirmək və sökmək günah sayılır. Bu həm də onu göstərir ki, ermənilər öz dinlərinin ehkamlarına da əməl etmirlər.
Ermənilər qəbirstanlıqlarımızı dağıdaraq orada uyuyan insanların sümüklərini çıxarıb təhqir ediblər, onları orada dinc uyumağa qoymayıblar. Belə olduğu halda beynəlxalq təşkilatlar və xəbər agentlikləri niyə işğaldan azad olunmuş ərazilərdə ermənilərin dağıtdıqları müsəlman məscidləri, alban kilsələri, rus pravoslav kilsəsi barədə məlumat yaymırlar? Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, belə çıxır ki, müsəlman məscidlərini dağıtmaq olar?

Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021
Prezident Şuşa yolundakı tunelin təməlini qoydu
14/06/2021
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya 20 il hökm oxundu
14/06/2021
4 nəfərin ölümünə səbəb olan qəzada “Range Rover”i kim sürürmüş? – Rəsmi açıqlama
14/06/2021
COVID-19 pasportu – Bizə hansı üstünlükləri verəcək?
14/06/2021
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu – Video
14/06/2021
Şuşa Ərdoğanın gəlişinə belə hazırlaşır – Fotolar
14/06/2021
Cəbrayılın Cəfərabad kəndindən görüntülər – VİDEO
13/06/2021
Cahit Bağcıdan Ərdoğanın Şuşa səfəri ilə bağlı açıqlama – FOTO
13/06/2021
İlham Əliyev: “Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək”
13/06/2021
İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi
12/06/2021
Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni İNSİDENT
12/06/2021
Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər
11/06/2021