> <
Bugünkü imtahanlara neçə nəfər buraxılmadı? – DİM-dən AÇIQLAMA | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4229 - dəfə oxunub

Bugünkü imtahanlara neçə nəfər buraxılmadı? – DİM-dən AÇIQLAMA

Spread the love

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 16-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 14 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 79 imtahan binası, 1367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 79 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1727 nəzarətçi–müəllim, 158 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 79 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

Aprelin 17-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Əliyevlə Ərdoğan Daşaltı və Şuşanı seyr edir
15/06/2021
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021
Sabaha olan hava proqnozu açıqlandı
09/06/2021
Azərbaycanda zəlzələ oldu
09/06/2021
Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi
08/06/2021
Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
07/06/2021
İyunun 8-dən bu məhdudiyyətlər aradan qaldırılacaq
07/06/2021