> <
Bu ölkələr hələ də vaksin ala bilmir | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4221 - dəfə oxunub

Bu ölkələr hələ də vaksin ala bilmir

Spread the love

Zəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ölkələrin bir çoxu hələ də öz vətəndaşlarını immunlaşdırma kampaniyasına başlaya bilmirlər.
Kivnews.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı əksəriyyəti Afrika qitəsində yerləşən ondan çox ölkənin hələ də COVID-19 virusuna qarşı vaksinləri gözlədiyini bəyan edib. Çad, Burkina Faso, Burundi, Eritreya və Tanzaniya vaksin almaq üçün növbə gözləyir. ÜST qeyd edir ki, vaksin çatışmazlığı və onların çatdırılmasında gecikmələr Afrika ölkələrinin koronavirusa qarşı vaksinləmə prosesində dünyanın qalan hissəsindən daha çox geri qalmasına gətirib çıxarır. Hazırda dünyada tətbiq olunan vaksinlərin yalnız 1 faizi Afrika qitəsinin payına düşür.

ÜST-nin məlumatlarına görə, Qərb yarımkürəsinin 11 milyondan çox əhalisi olan ən yoxsul ölkəsi Haitidə bir nəfər də olsun peyvənd olunmayıb. Halbuki, Haiti COVAX platforması vasitəsilə 756 min doza “AstraZeneca” vaksini almalı idi. Lakin hökumət rəsmiləri ölkədə vaksinlərin saxlanması üçün heç bir infrastrukturun olmamasını əsas götürərək həmin immunizatorlardan imtina etmək məcburiyyətində qalıb.

300 min əhalisi olan Vanuatuda koronavirusa yoluxma halı yalnız üç nəfərdə qeydə alınıb. Bu ölkəyə “AstraZeneca” vaksinin ilk dozalarının bu ayın sonunda çatdırılacağı gözlənilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Əliyevlə Ərdoğan Daşaltı və Şuşanı seyr edir
15/06/2021
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021
Sabaha olan hava proqnozu açıqlandı
09/06/2021
Azərbaycanda zəlzələ oldu
09/06/2021
Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi
08/06/2021
Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
07/06/2021
İyunun 8-dən bu məhdudiyyətlər aradan qaldırılacaq
07/06/2021