> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4214 - dəfə oxunub

Bu klinikalar vaksin yoxlanışı üçün 30 manat istəyir

Spread the love

İyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara “Pfizer” vaksini də vurulmağa başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu məqsədlə TƏBİB-in yaydığı açıqlamada qeyd olunub ki, hazırda "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Belə ki, həmin vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq. Elə həmin məlumatda özəl klinikalara vaksin üçün müraciət etmək istəyən vətəndaşların nəzərinə çatdırılıb ki, sözügedən müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq.

Artıq sosial şəbəkələrdə də sözügedən qərar birmənalı qarşılanmayaraq müzakirə edilməyə başlayıb. İstifadəçilərin sözlərinə görə, özəl klinikalara peyvənd üçün müraciət edərkən yoxlanışın pullu olacağını bilməyiblər, bu, onlar üçün "sürpriz" olub. 

“Qafqazinfo” sözügedən xəstəxanalarla əlaqə saxlayaraq vaksindənöncəki müayinə üçün ödənişlərin qiymətləri ilə maraqlanıb.

Məlum olub ki, Mərkəzi Klinika və Bakı Sağlamlıq Mərkəzində vaksindən öncə vətəndaşdan müayinə üçün ödəniş tələb edilmir. “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da isə müayinələr ödənişlidir. Belə ki, “Leyla Medical Center”də yoxlanış qiyməti 30 manat, “Caspian İnternational Hospital”da isə hər iki dozadan əvvəl 30 manat, yəni ümumilikdə 60 manat ödəniş tələb olunur. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının təqdim etdiyi altı fərqli şəhər nömrəsi ilə əlaqə saxlasaq da, hər bir nömrə eyni qaydada söndürüldüyündən zənglərimizə cavab ala bilmədik. 

Əlavə edək ki, onlayn növbə götürmək istəyən hər bir vətəndaş randevu.its.gov.az portalında özəl klinikanı seçərsə, müəyyən müayinələrin ödənişli olacağı barədə xəbərdarlıqla qarşılaşır. Sözügedən xəbərdarlıqda bildirilir ki, özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssisəsinə müraciət edilməlidir. 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Daha bir məkanda əyləncə təşkil edildi – Qadağa ancaq toylaradı? – VİDEO
13/06/2021
“Minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik” – Paşinyan
13/06/2021
Azərbaycanlı aktyor vəfat etdi
13/06/2021
Ermənistana təhvil verilmiş 15 erməni hərbçinin görüntüləri yayıldı – FOTO
12/06/2021
Abel Məhərrəmovun restoranının administratoru həbs edildi
12/06/2021
Stadiona azarkeşlərin buraxılması şərtləri AÇIQLANDI
12/06/2021
Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər
12/06/2021
Mədəniyyət nazirindən Samir Şərifovun kino sahəsi ilə bağlı iradlarına CAVAB
11/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021
Vilayət Eyvazov məzunların buraxılışında iştirak edib – Video
11/06/2021
Deputatdan TƏLƏB: “Azərbaycanda pensiya yaşı azaldılmalıdır”
11/06/2021
Rəis müavini qardaşları polis şöbəsində döydürüb? – – Rəsmi açıqlama
11/06/2021
Din xadiminin bir xalqa qarşı düşmənçiliyi təbliğ etməsi yolverilməzdir – Deputat
11/06/2021
Bakıda məktəb direktoru işdən çıxarıldı
11/06/2021
“Aleksandr İşein səmimi, genişürəkli insan idi”
11/06/2021