> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4221 - dəfə oxunub

Bu il 154 uşağa Polad, 33 uşağa isə Xudayar adı verilib

Spread the love

Bu il doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.
KivNews.com-un məlumatına görə, bu il yeni doğulan 154 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və 2021-ci ilin altı ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Yəni, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.

Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Bununla yanaşı, bu il 33 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində isə cəmi 3 nəfərə qoyulub. 2018-ci ildə cəmi bir uşağa Xudayar adı verilmişdisə, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı.

Məlumat üçün bildirək ki, bu ilin ilk dörd ayında Polad adı 99 körpəyə, Xudayar adı isə 18 körpəyə verilmişdi. Beləliklə, son iki ay yarım ərzində Polad adı daha 55 uşağa, Xudayar adı isə daha 15 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.

Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Bu ilin iyulun 14-də Polad Həşimovun şəhid olmasından bir il ötüb. Ötən gün Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.

Xudayar adı isə Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyulun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Azərbaycan bayrağı”, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu “Vətən yaxşıdır. ..” təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.

Xatırladaq ki, bu gün X.Yusifzadənin doğum günüdür.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Gələn həftədən şagirdlərin yerdəyişməsinə başlanılır
04/08/2021
Uşağın döyüldüyü deyilən video haqda – Rəsmi açıqlama
03/08/2021
Toya buraxılmayanların ümumi sayı açıqlandı
02/08/2021
Azərbaycan yanğınsöndürənləri Türkiyənin ən qaynar nöqtəsində – FOTO
31/07/2021
Ən yüksək balı topladılar – Fotolar
31/07/2021
Yoluxanların sayı açıqlandı
30/07/2021
Metroda problem: Qatarların gecikməsinin səbəbi AÇIQLANDI
30/07/2021
Azərbaycanda bəy və gəlin vaksinasiya olunmadığına görə toya buraxılmadı – FOTOLAR
29/07/2021
Yoluxanların sayı 700-ü ötdü
28/07/2021
Tanınmış telejurnalist: “Həyat yoldaşımın həyatını məhv edən həkimin əməlinin düzgün qiymətləndirilməsini istəyirəm” – VİDEO – YENİLƏNİB
26/07/2021
“Otellərdə gizli kamera var” iddiası – Dövlət qurumları nə deyir?
26/07/2021
Bakı qeydiyyatlı avtomobillərə yeni seriya nömrəsi verilir – FOTO
24/07/2021
Günel Gözəlova ərini əməliyyat edən həkimi məhkəməyə verdi
23/07/2021
Bu xətalara görə cərimə ödəniləcək – Sürücülərin nəzərinə
23/07/2021
Elçibəyin oğlu evlənir – FOTO
22/07/2021