> <
Bu gün imtahan var | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4219 - dəfə oxunub

Bu gün imtahan var

Spread the love

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirəcək.
İmtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur.

İmtahan 45 dəqiqə müddətində aparılır. İmtahanda ümumilikdə 17 987 (Bakıda 11 844, Sumqayıtda 666, Abşeronda 558, Naxçıvanda 70, Gəncədə 1 163, Şəmkirdə 105, Tovuzda 193, Mingəçevirdə 197, Yevlaxda 116, Şəkidə 102, Zaqatalada 265, Balakəndə 210, Qəbələdə 216, Qaxda 203, Bərdədə 185, Göyçayda 233, Şirvanda 281, Lənkəranda 304, Qubada 167, Qusarda 372, Xaçmazda 537) şagirdin iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 88 ümumi imtahan rəhbəri, 226 imtahan rəhbəri, 1 690 nəzarətçi-müəllim, 176 buraxılış rejimi əməkdaşı (mühafizə), 88 bina nümayəndəsi ayrılıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş – FOTO
19/06/2021
Qarabağda tikilən aeroportlarla bağlı yeni qərar
19/06/2021
Taksidə qabaqda oturanlar cərimələndi – Video
18/06/2021
Arif Quliyevin məzar daşı qoyulmayıb – Ailəsinin imkanı yoxdur
18/06/2021
Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub
18/06/2021
Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu
18/06/2021
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021