> <
Bu gün “Avroviziya”nın yarımfinalıdır – Münsif səsləri verilib | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4218 - dəfə oxunub

Bu gün “Avroviziya”nın yarımfinalıdır – Münsif səsləri verilib

Spread the love

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutacaq.
Yarışma Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçiriləcək.
Müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.
Azərbaycanı “Avroviziya”da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edəcək.

Ölkəmizin rəqibləri Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltadır.

Müsabiqə zamanı jüri və SMS səsverməsi nəticəsində 10 nəfər seçilərək finala vəsiqə qazanacaq və mayın 22-də birincilik uğrunda mübarizə aparacaq.

Artıq birinci yarımfinal nəticələrinin 50%-ni müəyyənləşdirəcək münsif səsverməsi ötən gün yekunlaşıb.

Hər birindən beş münsif olmaqla, yarı finalda yarışan 16 iştirakçı ölkə və 1-ci yarı finalda səs verən böyük beşlik ölkələrindən Almaniya, İtaliya və Hollandiya səs verib.

Təmsilçimiz Samirə Əfəndinin güclü rəqiblərinə qalib gələrək yarımfinala keçəcəyi ehtimal olunur. Ötən gün mətbuat sorğusunun nəticələrinə əsasən, “Mata Hari” 45 bal toplayaraq finala namizəd göstərilib.

Həmçinin, bukmeyker proqnozlarında dəyişiklik olub. Əfəndi bir pillə irəliləyərək 21-ci sırada qərarlaşıb. Nəticələr yarımfinal şousundan sonra dəyişə bilər.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021