> <
Bosniya və Herseqovinanın məşhur telekanalı Qarabağ müharibəsi ilə bağlı reportaj yayımlayıb – VİDEO | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4243 - dəfə oxunub

Bosniya və Herseqovinanın məşhur telekanalı Qarabağ müharibəsi ilə bağlı reportaj yayımlayıb – VİDEO

Spread the love

Bosniya və Herseqovinanın məşhur “Okanal” telekanalı (https://okanal.oslobodjenje.ba/) Qarabağ müharibəsi ilə bağlı reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, telekanalın komandası “Qafqazın Xirosiması” adlanan Azərbaycanın Ağdam şəhərini ziyarət edib.

Jurnalistlər Andi Mioç və Mirza Ajemoviçin reportajında Qarabağdakı müharibənin üç aydan bir az əvvəl sona çatdığı qeyd edilir. Bildirilir ki, Bakıdan 350 kilometr məsafədə yerləşən şəhərdə demək olar ki, yalnız xarabalıqlar və evlərin çılpaq divarları qalıb. Cümə məscidi istisnadır. 1990-cı illərdə Qarabağdakı birinci müharibədən əvvəl burada 40 minə yaxın əhali yaşayırdı. 1993-cü ildə Ağdam erməni separatçı qüvvələri tərəfindən işğal edildi, onlar bütün əhalini şəhəri tərk etməyə məcbur etdilər. Geri qayıtmaq cəhdlərinin qarşısını almaq üçün şəhərin böyük hissəsi məhv edildi.

Jurnalistlər qeyd edirlər ki, 30 illik işğaldan sonra Azərbaycan 1990-cı illərdə işğal olunmuş digər ərazilərin əksər hissəsi ilə bərabər Ağdamı da geri qaytardı. Müharibə 2020-ci il sentyabr ayının sonunda yenidən başladı və Azərbaycanın 44 günlük uğurlu hücumu nəticəsində sülh bərqərar oldu – noyabr ayında Moskvanın vasitəçiliyi ilə razılaşma əldə edildi, ona uyğun olaraq ermənilər ərazilərdən geri çəkildilər.

Jurnalistlər, həmçinin reportajlarında ziyarət etdikləri Zəngilan və Cəbrayıldan bəhs ediblər. Bir vaxtlar həyatla dolu və böyük turizm perspektivləri olan bu yerlər indi xarabalığa çevrilib.

Zəngilan şəhərindəki xarabalıqlar demək olar ki, bir vaxtlar 45 min əhalinin yaşadığı şəhərdən yeganə qalan xatirədir. 1990-cı illərdəki müharibə zamanı və erməni işğalından sonra əhalinin hamısı doğma yurdlarını tərk etmək məcburiyyətində qaldı.

“Biz Cəbrayıl rayonunu da ziyarət etdik. Bu, o dövrün Azərbaycan Respublikasının ən məşhur turizm yerlərindən biri idi. Bu rayon da 1993-cü ildə erməni qoşunları tərəfindən yerlə-yeksan edilmişdi. Azərbaycan demək olar ki, işğal edilmiş ərazilərin hamısını qaytarandan sonra həmin ərazilər minalardan təmizlənməyə başladı. Bu, əhalinin geri dönə bilməsi üçün edilir", – deyə jurnalistlər qeyd ediblər.

Reportajda, həmçinin Xocalı soyqırımı, erməni işğalının ağır nəticələri, son müharibə zamanı ermənilərin dinc Azərbaycan şəhərlərini, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə məruz qoymasından bəhs edilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”
16/06/2021
Qarabağ öz kimliyinə qovuşacaq – Ərdoğan
15/06/2021
“Müharibə dövründə Türkiyə telekanallarında reportajları izləmişdim”
15/06/2021
Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”
15/06/2021
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021
“Beynəlxalq təşkilatların prosesdə iştirakı Bakı və Yerevanın razılığı ilə mümkündür”
08/06/2021
Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı – FOTO
04/06/2021
Ceyhun Bayramov minaya düşən jurnalistlərdən yazdı
04/06/2021