> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4221 - dəfə oxunub

BMT önündə Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq sərgi keçirilib

Spread the love

ABŞ-ın Nyu-York şəhərində BMT baş qərargahı önündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritəsinin verilməməsinə etiraz olaraq sərgi keçirilib.
KivNews.com xəbər verir ki, sərgidə Ermənistanın Azərbaycanın tarixi torpaqlarında terror siyasətini davam etdirdiyinə dair faktlar, minaya düşərək faciəvi şəkildə həyatlarını itirən hərbi və mülki şəxslərin fotoları əks olunub.

Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan – Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Sərgi ABŞ ictimaiyyətinin, BMT-də fəaliyyət göstərən media nümayəndələrinin və diplomatların diqqətini cəlb edib.

Azərbaycan – Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli sərgi ziyarətçilərini erməni silahlı birləşmələri tərəfindən zəbt olunan Azərbaycan torpaqlarının hər qarışında basdırılan minaların partlaması nəticəsində hərbi və mülki şəxslərin həlak olmağa davam etdiyi haqqında məlumatlandırıb.

BMT-də fəaliyyət göstərən jurnalistlər Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov haqqında məlumat alıb, jurnalistlərə qarşı atılmış bu mənfur addımın qəbuledilməz olduğunu deyiblər.

Sərgi ilə tanış olan Efiopiya, Gürcüstan, Rusiya və Çin diplomatları Ermənistan tərəfinin təcavüzkar addımlarını qınayıb və cinayətkarların beynəlxalq məhkəmələrdə cavab verməli olduqlarını deyiblər.

Ə.Yerdələnli bildirib ki, 20-dən çox fotonun nümayiş olunduğu sərgini keçirməkdə məqsəd dünyanın ən böyük təşkilatı olan BMT-də fəaliyyət göstərən əcnəbilərin diqqətini cəlb etmək və Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır: “Biz BMT-nin önünə əbəs yerə gəlməmişik. Buradakı güclər – beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri dünyada baş verənlərə biganə qalmadıqlarını deyirlər. Ermənilərin bu əməlləri cinayət və etnik təmizləmədir. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi həm də, bölgədə sülhün bərpa olunmasına ciddi əngəl yaradır. Bu məsələ ən qısa zamanda həllini tapmalıdır”.report

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycan Rusiyaya nota verdi
01/08/2021
Leyla Abdullayeva Oxçuçaydakı ekoloji fəlakətdən yazdı
29/07/2021
Şentop “Bakı bəyannaməsi”nin əsas prioritetini AÇIQLADI
28/07/2021
Azərbaycana həm də haqlı olduğu üçün də dəstək olduq”
27/07/2021
Prezident Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO
27/07/2021
İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər – Fotolar
18/07/2021
Overçuku Bakıya gətirən SƏBƏBLƏR
14/07/2021
Rəsmi Bakıdan Ermənistan XİN-in addımına – Cavab
14/07/2021
Prezident Qoşulmama Hərəkatının konfransında çıxış edir – CANLI
13/07/2021
Xankəndi erməniləri Bakıya zəng edib nə istədilər? – VİDEO
12/07/2021
“Rusiya, ABŞ və Fransa səfirləri Şuşaya gedənə qədər tədbirlərə dəvət olunmamalıdır” – Sabiq XİN başçısı
12/07/2021
Erməni analitik gileyləndi: Daha Qarabağın “bayrağını” asa bilmirik
11/07/2021
“Şuşa Bəyannaməsi Avrasiya üçün strateji əhəmiyyət daşıyır” – İlham Əliyev
08/07/2021
Ağ Ev “Zəngəzur koridoru”na görə hərəkətə keçir
07/07/2021
Ermənistan sülh şərtlərini açıqladı – “Qarabağın statusu tanınmalıdır”
02/07/2021