> <
BMT minatəmizləməyə görə Azərbaycana 1 milyon dollar ayırdı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4224 - dəfə oxunub

BMT minatəmizləməyə görə Azərbaycana 1 milyon dollar ayırdı

Spread the love

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetti baş verən münaqişədən sonra icma təhlükəsizliyinin bərpasına yönəlmiş yeni maliyyələşmə sənədinin imza tədbiri üçün bu gün bir araya gəliblər.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan toplam, bir milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsaitlə BMTİP, ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək.

V.Süleymanov bu layihənin vacibliyini vurğulayaraq gələcək əməkdaşlığa ümidli olduğunu bildirib.

A.Frakassetti BMTİP-nin ANAMA-nı texniki təcrübə, avadanlıq, potensialın inkişafı və maliyyə vəsaiti ilə təmin edərək, Azərbaycanda minatəmizləmə əməliyyatlarına dair dəstəyini genişləndirəcəyini bildirib. Rezident nümayəndə nəticədə bu fəaliyyətin, icmaların su mənbələrinə təhlükəsiz şəkildə çıxışının olmasına, evlər, məktəblər və sağlamlıq klinikaları tikməsinə kömək edəcəyini qeyd edib.

BMTİP ANAMA-nı minatəmizləmə əməliyyatları ehtiyaclarının qiymətləndirilməsində dəstəkləyir, beynəlxalq təcrübəni paylaşır, fərdi qoruyucu vasitələr və mina təmizlənməsi avadanlıqlarının alınmasında Milli Agentliyə yardım edir.

Əlavə dəstək çərçivəsində minatəmizləmə sahələrinin prioritetləşdirilməsi, mina aşkarlanması üçün “istilik” xəritələrinin hazırlanması, eləcə də minatəmizləmə əməliyyat avadanlıqları və minaaxtaran itlərin alınması nəzərdə tutulur.

ANAMA 1999-cu ildə BMTİP-nin dəstəyi ilə təsis edilib. Son 20 il ərzində ANAMA və BMTİP Azərbaycanda 806 000-dən çox mina və digər partlayıcı silahların təmizlənməsinə kömək edərək 160 500-dən çox köçkün şəxsin evlərinə təhlükəsiz şəkildə qayıtmasına dəstək olub.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Acun da futbolu Bakıda izləyib – Fotolar
17/06/2021
Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi
16/06/2021
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
16/06/2021
“Bərabər yeni bir Qarabağ quracağıq”
16/06/2021
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama
16/06/2021
Vilayət Eyvazov məşhur DYP rəisini İŞDƏN ÇIXARDI
16/06/2021
“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”-Petrosyan
16/06/2021
İbrahim İbrahimli vəfat etdi
16/06/2021
Şuşa bəyannamə yeni dirilişin müjdəsidir!
15/06/2021
Prezident: Erməni ordusu tam məhv edildi!
15/06/2021
“Əziz qardaşıma Füzulinin dağılmış mənzərəsini göstərdim”
15/06/2021
Prezidentlə xanımı “Anadolu”nun obyektivində – Fotolar
15/06/2021
Səlcuq Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”
15/06/2021
Yeni təyin olunan nazir müavini kimdir? – DOSYE
15/06/2021
Mehriban Əliyevadan bayram təbriki – FOTO
15/06/2021