> <
#bizon | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4264 - dəfə oxunub

“BİZON energy” energetik içki deyilmiş – İnsanları aldadırmışlar – RƏSMİ

Spread the love

Enerji içkiləri bazarında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş başlanılıb.
KivNews.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məlumat verilib.
Bildirilib ki, “Avrora” MMC tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.
Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Qeyd edək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
“Cənnətdə” oturub Azərbaycan banklarını soydu – “Cobalt”ın köməyilə milyonları ələ keçirib
17/07/2021
Güzəştli mənzillərin satışına start verilir: ŞƏRTLƏR VƏ QİYMƏTLƏR
16/07/2021
“Beta Tea” şirkəti meşəni doğradı – Nazirlik müqaviləyə xitam verdi
15/07/2021
Tonlarla Azərbaycan meyvə-tərəvəzi Rusiyaya buraxılmadı
15/07/2021
“Ekoliznq” MMC ilə bağlı DTX-ya şikayət – Vətəndaş şirkəti dələduzluqda ittiham edir
14/07/2021
“Veysəloğlu” barədə iş qaldırıldı: Məhsul haqqında doğru məlumat verilməyib
13/07/2021
Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək
02/07/2021
Azərbaycandan bu ölkələrə necə getmək olar? – ŞƏRTLƏR
01/07/2021
Bakı-İstanbul avtobus sərnişindaşımaları bərpa edilə bilər
01/07/2021
İşıqla bağlı qərar əhaliyə aid deyil – Tarif Şurasından açıqlama
30/06/2021
Azərbaycanda elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edilib
30/06/2021
“WhatsApp” istifadəçilərini YENİ FUNKSİYA ilə sevindirdi
29/06/2021
“Bakcell”dən “099” prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr
29/06/2021
“Azərcell”in fəaliyyəti “tilova keçirilmiş soxulcana bənzəyir”…- Şirkət müştərini tora salmaq üçün hər oyuna gedir…
29/06/2021
Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
25/06/2021