> <
Biri azərbaycanlı olmaqla 2 nəfərin öldüyü atışma buna görə baş verib | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4237 - dəfə oxunub

Biri azərbaycanlı olmaqla 2 nəfərin öldüyü atışma buna görə baş verib

Spread the love

İstanbulun Bahçeşehir rayonunda martın 31-də axşam saatlarında iki silahlı qrup arasında küçənin ortasında baş vermiş atışmanın motivi məlum olub. Həmin atışmada biri Azərbaycan vətəndaşı olmaqla 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb, 4 nəfər şübhəli hadisə yerindən qaçıb.

Türkiyə KİV-i xəbər verir ki, silahlı qrup əsl kriminal beynəlmiləl təşkil edib, onlar Rusiya, Gürcüstan, Suriya və Azərbaycan vətəndaşları olublar. Qrup üzvləri əvvəlcə mübahisə edib, daha sonra “razborka” silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəf silahlarını çəkib və küçənin ortasında atışıb.

Hadisədə ölən Azərbaycan vətəndaşının adı Rbaba.R. olaraq göstərilir, digər ölən isə 40 yaşlı çeçen Khasan Y.-dir. Rusiya vətəndaşı gürcü Zurab N. və suriyalı Mohammed Y. İsə yaralanıb. Zurabın vəziyyətinin kritik olduğu bildirilir.

Hadisə yerində polislər 2-i rus, biri çeçen olmaqla 3 şübhəlini saxlayıb, 4 tapança və 30 boş güllə darağı aşkar edib. Hadisə yerindən qaçan daha 4 şübhəli isə axtarılır.

Atışmanın səbəbinin pul məsələsi olduğu bildirilir. İddiaya görə iki qrup arasında daşınmaz əmlak satışından yaranan mübahisə olub. Gürcülərin qrupundan bir nəfər satın aldığı daşınmaz əmlaka görə 2 milyon TL az ödəyib, qarşı tərəf pulları istəyəndə mübahisə atışmaya çevrilib.

Qeyd edək ki, bəzi Azərbaycan KİV-ləri silahlı qrupun üzvlərinin “Lotu Quli” və “Rövşən Lənkəranski”nin (hər ikisi sağ deyil) qruplaşmasının üzvləri olduqlarını iddia ediblər. Lakin bunu təsdiqləyən məlumatlar yoxdur.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Kiçik qardaş özündən 10 yaş böyük qardaşını ürəyindən bıçaqlayıb – Bakıdakı qətlin təfərrüatı
16/06/2021
Bakıda kişi özünü dənizə atdı
16/06/2021
100 minlik qol saatları oğurlayan şəxs tutuldu – FOTO
10/06/2021
Narkotacir “Mail Naxçıvanski”nin qətlinin təfərrüatı – VİDEO
09/06/2021
Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır
09/06/2021
Bakıda maşından 100 minlik qol saatı oğurlandı
08/06/2021
Vəkil Abdullayevin anası: “Oğlumu qətlə yetirənə ən ağır cəza tələb edirəm”
05/06/2021
Əxlaqsız qızını tualetdə tutan atadan dəhşətli əməl
03/06/2021
Şəmkir polisi silahlı şəxslərə qarşı əməliyyat keçirdi
31/05/2021
Aeroport yolunda ağır qəza – 2 ölü, 6 yaralı+Foto
24/05/2021
15 yaşlı qız faciəli şəkildə öldü
23/05/2021
Suraxanıda narkotiktacirlər dəstəsi saxlanılıb
22/05/2021
Lotu Quli Türkiyəyə necə qayıdıb? – Nazir ilk dəfə danışdı
20/05/2021
Rasim Məmmədovun bacanağı intihar etdi
18/05/2021
Apellyasiya Məhkəməsinin azadlığa buraxdığı “avtoş” sürücü ağır qəza törətdi – VİDEO
09/05/2021