> <
Biləsuvarda həkim xəstənin KOR bağırsağı əvəzinə NAZİK bağırsağını kəsib | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4235 - dəfə oxunub

Biləsuvarda həkim xəstənin KOR bağırsağı əvəzinə NAZİK bağırsağını kəsib

Spread the love

Biləsuvarda  həkim xəstənin KOR  bağırsağı  əvəzinə NAZİK bağırsağını kəsib

 Həkim  xəstəyə  4 min manat pul təklif edir 

Bir  neçə il əvvəl  Səhiyyə Nazirliyinin  Mikrocərrahiyə Mərkəzində  həkim əməliyyat zamanı  qadının iltihablı  sol ayağı əvəzinə sağlam olan sağ ayağını  kəsmişdi. Məsələ ictimailəşəndən sonra nazirlik komissiya  yaratdı və həkim etiraf  etdi: “ Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib”. 

 Bəli, mexaniki  səhvdən insanın xəstə ayağı deyil, sağlam ayağı kəsilib. 

NUH.az  saytına müraciət edən vətəndaşın vəziyyəti daha dəhşətlidir: həkim xəstənin KOR bağırsağının əvəzinə onun NAZİK bağırsağını kəsib. 

Biləsuvar  rayonunun Xırmandalı  kənd sakini, 1985-ci il təvəllüdülü, Qarabağ veteranı  Cəmil  Nurəddin oğlu Rüstəmov NUH.az saytına müraciət edib.

Müraciəti olduğu kimi dərc  edirik: 

“2020-ci ilin iyun ayının 26-da özümdə ağrı, sancı  hiss etdim. Həmən gün səhər  bacımla  Biləsuvar  Rayon  Mərkəzi Xəstəxanası  gəldik. Analizlərimi verəndən sonra məni  həkim Ziyafət  Bayramovun qəbuluna göndərdilər. O, analizlərimə  baxıb dedi ki, səndə  apendiks-kor bağırsaqdir, narahat olma, sadə əməliyyatdır, get evdə yuyun, qarın hissəni qırx-təmizlə,  saat 16-00-da  gəl, səni əməliyyat edəcəm. Biz həkimin dediklərini elədik və saat 16-30-da həkim məni əməliyyat etdi. Və buna görə məndən 250, atamdan isə 500 manat aldı. Əməliyyatdan  3 gün sonra həkim məni evə buraxdı. Evdə olarkən yaram-əməliyyat  yeri  PARTLADI  və yara yerindən NƏCİS  gəlməyə başladı. Və məni təcili xəstəxanaya gətirdilər. Həkim Ziyafət Bayramov məni ikinci dəfə əməliyyat elədi. Vəziyyətim daha da ağırlaşdı. Mən həkimə dedim ki, əməliyyat yerindən NƏCİS  gəlir, həkim isə dedi ki, nəcis deyil, ÇİRK-dir, sən məndən çox bilirsən ? Sonradan məlum oldu ki, Ziyafət həkim kor bağırsaq əvəzinə mənim nazik bağırsağımı kəsib. Mən hazırda  yarımcanam”. 

Cəmil  Rüstəmov Səhiyyə Nazirliyindən, Baş prokurorluqdan  xahiş edir ki, komissiya yaradılsın və günahkar həkim cəzalandırılsın. 

Müraciətlə bağlı  NUH.az  saytı  Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayeva ilə telefon əlaqəsi saxlayıb. Baş həkim bildirib ki, şikayətçi haqlıdır, qoy məhkəməyə müraciət etsin, məni narahat etməyin.   Həkim  Ziyafət Bayramov isə  saytımıza bildirib: “ Cəmil Rüstəmova   4 min manat pul təklif edirəm, götürsün dəə”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş – FOTO
19/06/2021
Qarabağda tikilən aeroportlarla bağlı yeni qərar
19/06/2021
Taksidə qabaqda oturanlar cərimələndi – Video
18/06/2021
Arif Quliyevin məzar daşı qoyulmayıb – Ailəsinin imkanı yoxdur
18/06/2021
Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub
18/06/2021
Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu
18/06/2021
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021