> <
“Beşiktaş” çempion! | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4240 - dəfə oxunub

“Beşiktaş” çempion!

Spread the love

Bu gün futbol üzrə Türkiyə Super Liqasında 42-ci – sonuncu turun oyunları keçirilib.
Kivnews.com xəbər verir ki, lider “Beşiktaş” İzmir səfərində “Göztəpə”nin qonağı olub.
“Qara qartallar” bu oyunda qələbə qazanacaqları halda, Super Liqada mövsümün çempionu olacaqdılar. İstanbul təmsilçisi çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gələ bilib və mövsümü çempion kimi başa vurub.

Turnir cədvəlinin ikinci sırasında yer alan “Qalatasaray”ın rəqibi “Yeni Malatyaspor” olub. Fatih Terimin rəhbərlik etdiyi kollektiv bu matçda 3 xal qazansa belə, çempionluq üçün “Beşiktaş” xal itirməliydi. “Qalatasaray” inamlı qələbə qazansa da, gümüş medallarla kifayətlənməli olub.

Ötən tur doğma meydanda “Sivasspor”a uduzaraq, çempionluq şansını çətinə salan “Fənərbaxça” isə səfərdə liqada qalmaq uğrunda mübarizə aparan “Kayserispor”la qarşılaşıb. “Beşiktaş” və “Qalatasaray” uduzsa və “Fənərbaxça” qələbə qazansa, çempion “Fənərbaxça” olacaqdı. Amma digər rəqibləri də turu qələbə ilə başa vurduğundan, sözügedən komanda üçüncü yeri tutub.

Türkiyə Super Liqası
42-ci tur
15 may

Qalatasaray – Yeni Malatyaspor 3:1
Qol: İ.Dervişoğlu, 53. Babel, 60. O.Çağlayan, 90+3 – A.Büyük, 39.

Göztəpə – Beşiktaş 1:2
Qol: A.Öztürk, 24 – Vida, 10. Gezzal, 69-pen.

Kayserispor – Fənərbaxça 1:2
Qol: P.Enrike, 18 – Valensiya, 90+1-pen. S.Aziz, 90+9.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Niderland Ukraynaya qarşı
13/06/2021
AÇ-2020: Bakıda ilk oyun
12/06/2021
Türkiyə İtaliyaya qarşı – AÇ başlayır
11/06/2021
Güləş federasiyasından biabırçı qərar – FOTOLAR
03/06/2021
UEFA-dan yeni qərar
29/05/2021
Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı – FOTO
20/05/2021
“Bu gecə bizim gecəmiz oldu” – “Neftçi”nin prezidenti
19/05/2021
“Beşiktaş” çempion!
16/05/2021
Şəhriyar Aronyanı mat etdi
03/05/2021

23/04/2021
Florentino Peres: “Superliqanı yaratmaqda məqsəd dünya futbolunu xilas etməkdir”
20/04/2021
İran televiziyası qadın hakimə görə Premyer Liqa matçının yayımını 100 dəfədən çox kəsdi
15/04/2021
“AVRO-2020″nin Bakıdakı oyunlarına bu tarixdən bilet almaq olar
09/04/2021
“Qarabağ”ın baş məşqçisi ilə hakimlər arasında mübahisə yaranıb
04/04/2021
Şəxsi maraqların qurbanı – Milli
02/04/2021