Beş yaşlı Əfrasiyabın anası: “Oğlumu ölməyə qoymayın” – FOTO

Beş yaşlı Məcidli Əfrasiyab leykozdan (qan xərçəngi) əziyyət çəkir.
Bu barədə onun anası Məcidova Tünzalə məlumat verib.
O bildirib ki, oğlu iki ildir bu xəstəliklə mübarizə aparır.
“Hazırda vəziyyəti ağırdır. Oğlumda həm də hepatit C var. Almaniyada qohumlarımız həkim də tapıb. Müalicə üçün bizə 50 min manat pul lazımdır. Mərhəmətli şəxslərdən bizə kömək etmələrini xahiş edirəm. Oğlumun sizlərin dəstəyinə ehtiyacı var. O hələ çox kiçikdir və 3 yaşından bəri bu amansız xəstəliklə mübarizə aparır. İmkanlı şəxsləri bizim mübarizəmizə qoşulmağa çağırıram. Əfrasiyabın hələ görəcəyi günlər qabaqdadır. O da bütün uşaqlar kimi gəzmək, oynamaq istəyir. Günlərimiz isə xəstəxanada keçir. Heç bir valideynə bu hissləri yaşamağı arzu etmirəm. Onu ölməyə qoymayın”.
Əlaqə nömrəsi: 055 758 94 88

14/08/2022

12/08/2022

11/08/2022

06/08/2022

30/07/2022

28/07/2022

26/07/2022

25/07/2022

19/07/2022

16/07/2022

15/07/2022

14/07/2022

07/07/2022

07/07/2022

05/07/2022