> <
Bayram günlərində hansı məhdudiyyətin olacağı açıqlandı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4233 - dəfə oxunub

Bayram günlərində hansı məhdudiyyətin olacağı açıqlandı

Spread the love

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi və artıq elan olunan qərara görə, karantin rejimi 1 iyun tarixinə qədər uzadılıb.
Kivnews.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Müslümov deyib.

O bildirib ki, hazırda çarpayı yeri kifayət qədər olduğu üçün ciddi məhdudiyyətlərə gedilməməsi haqda qərar verilib:

“Bayram günləri üçün yeganə məhdudiyyət ictimai nəqliyyatın işləməməsidir. Yəni 20-28 mart tarixlərində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Bundan başqa heç bir əlavə məhdudiyyət tətbiq edilməyib”.

Ş.Mövsümov onu da əlavə edib ki, qarşıdakı günlərdə yoluxma çoxalarsa və çarpayı sayında azalma müşahidə edilərsə, onda məhdudiyyət tətbiqi vacib olacaq:

“Yoluxmaların sayı artmaqdadır, müəyyən narahatlıqlar var. Britaniya ştammının ölkəmizdə aşkar olunması da bu narahatlığı artırır.

Ölkəmizdə pandemiya dövrü ərzində səhiyyə imkanları artırılıb. 13 modul tipli xəstəxana açılaraq, xəstəxanalar dərman və tibbi ləvazimatlarla təmin edilib. Paralel olaraq vaksinasiya aparılmaqdadır. Xəstəxanalarımızda 10 000 çarpayı yerindən 6000-nin dolu olduğunu nəzərə alaraq, hazırda ciddi məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yoxdur. Lakin yoluxma sayı artmağa davam edərsə, qaydalar sərtləşdirilə bilər”.

Şahmar Mövsümov bildirib ki, 500 000-dən çox vətəndaş bu günədək peyvənd olunub:

“Növbəti həftədən başlayaraq 40 yaşdan yuxarı şəxslərin peyvənd olunmasına başlanılacaq. Hamını prosesdə fəal olmağa çağırıram. Vaksinasiyanın yoluxmaların daha çox olduğu şəhərlərdə aparılmasına önəm veriləcəkdir”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı – Fotolar
15/06/2021
Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”… – VİDEO
15/06/2021
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021
Prezident Şuşa yolundakı tunelin təməlini qoydu
14/06/2021
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya 20 il hökm oxundu
14/06/2021