> <
Baş nazirdən sərəncam: Azad edilmiş ərazilərdə yeni İşçi Qrupu yaradıldı | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4265 - dəfə oxunub

Baş nazirdən sərəncam: Azad edilmiş ərazilərdə yeni İşçi Qrupu yaradıldı

Spread the love

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupu yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb:

İşçi Qrupun rəhbəri

Azərbaycan Respublikasının energetika naziri

İşçi Qrupun üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Deputat “yetim-yesir” sözünə aydınlıq gətirdi
04/10/2022
Ombudsmandan Xocavənddəki məzarlıqla bağlı çağırış…
04/10/2022
Jalə Əhmədovanın həyat yoldaşı vəfat etdi
04/10/2022
İlham Əliyev və xanımı Ağdamın dəmir yolu və avtovağzal kompleksinin təməlini qoydular
04/10/2022
Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular
04/10/2022
Prezident bu müəllimləri təltif etdi
04/10/2022
Prezident: “İşğal dövründə Səudiyyə Ərəbistanı bizim haqlı işimizə davamlı dəstək verirdi”
04/10/2022
Müslümovun oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı
04/10/2022
Azadlığının ikinci ilində Cəbrayıl – FOTOREPORTAJ
04/10/2022
Cəbrayılın azadlığına gedən yol: “Nüzgar kəndində yeddi gün döyüşdük” – FOTO
04/10/2022
Ermənilər Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimizi atəşə tutublar – RƏSMİ
04/10/2022
Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı – FOTO
03/10/2022
Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
03/10/2022
Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı – VİDEO
03/10/2022
Vilayət Eyvazov baş leytenantı yüksək vəzifəyə təyin etdi
03/10/2022